main-post-cover

    Far Cry: Primal rəsmi şəkildə anons olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Ubisoft şirkəti dünən Far Cry seriyasının yeni oyunu olan Far Cry: Primal-ı anons edib. Oyun PC PS4 və Xbox One üçün hazırlanır. 
    "Hadisələri tropik cəngəlliklərdə və Himalay ərazilərində cərəyan etmiş Far Cry seriyası bu dəfə daş dövrünə keçid edəcək. Burada siz iri miqyaslı ərazilərdə qədim heyvanlar və qəbilələr ilə mübarizə apararaq sağ qalmağa çalışacaqsınız. Buz dövrü artıq bitib və dünya inkişaf etməkdə davam edir. İnsanlar və heyvaların həyat uğrunda mübarizə aparmaları üçün hər bir şərait mövcuddur. Lakin hər bir irq sağ qalmaq üçün müxtəlif imkanlardan istifadə edəcək".
    Far Cry: Primal oyununda baş qəhrəman daş dövründə olacaq. Burada dünya mamontlara və digər təhlükəli heyvanlara aiddir. İnsan isə inkişafın hələ ən aşağı səviyyəsindədir. Oyunçular Takkar adlı baş qəhrəmanın rolunda çıxış edəcəklər. O, öz qrupundan sağ qalmış yeganə ovçudur. Onun həyatında yalnız bir məqsəd var. Sağ qalmaq. Oyunçular oyunda ölümcül silahlar hazırlayaraq təhlükəli heyvanlar və qəbilələr ilə mübarizə apararaq həyat şəraitinin ən yaxşı şərtlərini əldə etməklə yanaşı ov deyil ovçu olduqlarını sXbox One üçün satışa çıxacaq. Oyübut etməlidirlər. Far Cry: Primal gələn ilin fevral ayında $60 qiymətində PS4 və unun PC versiyası isə mart ayında satışda olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər