
Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır.
Kimsə bir yerə sadə sənaye təmsilçilərini, riyaziyyatçıları,
proqramçıları, topdan satış mütəxəssislərini və telekommunikasiya təmsilçilərini
yığmalıdır. Moda sənayesində olan yeni texnologiyalar həqiqətən də təəccübləndirir.
Ayyaqqabıların 3D çapı, toxuma üzrə robotlar, virtual geyim dəyişmə mühitləri və
s. Bir çoxlarının fikrincə bu cür texnologiyalar moda və geyim sənayesində əsl
təkamülə start verəcək. Bir neçə müddət bundan öncə Moskvada keçirilmiş Fashion
Futurum tədbirində qeyd edilmişdi ki, yetərli istedadın olmasına baxmayaraq gənc
dizaynerlərə investisiya yatırmaq hələ də riskli işdir. "Inditex” kimi sürətli
moda imperiyasından kənarda inkişaf edən bu bazarın digər bir növü misal kimi
koreyalı həmkarlardan gətirilib. Koreyalılar ilk öncə pop musiqidə obrazlar
yaradırlar. Daha sonra həmin obrazları teleseriallarda inkişaf etdirərək
onlardan ən uğurlularını geyim dünyasına inteqrasiya edirlər. Məhdud sayda dizaynerlər
üçün bu yaxşı yoldur. Lakin bu üsul sənaye yaratmır. İstehsalatda olan
texnoloji yeniliklər isə xərcləri aşağı salır və logistikanı optimallaşdırır.
Bununla belə biz başa düşürük ki, yaxın gələcəkdə geyim alış-verişi "hansısa şəxsə
oxşar tərzdə geyinmək” və ya "mənə nəsə təzə bir şey təklif edin” kimi istiqamətləri
müəyyənləşdirərək bir neçə klik ilə həyata keçiriləcək. Bundan əlavə olaraq
sifariş edəcəyiniz geyim nəinki sizə çatdırılmalı, hətta şəxsən sizin üçün bir
neçə gün ərzində tikilməlidir. Dizayner isə hansısa geyim kolleksiyasını
yaratmamışdan öncə potensial auditoriyası haqqında məlumatlara sahib olmalıdır.
Belə ki, bu halda riskin yalnız yaradıcılıq tərəfdən ola biləcəyi qalır. Bu isə
artıq texnoloji oyunçuların və müxtəlifliyin olduğu yeni, böyük sənayedir. Yeni
Fashion sənayedə aparıcı şəxslər kimlərdir?
İlk öncə yeni sənayeyə hansı elementlərin çatışmadığını
anlamaq üçün yadımıza salaq ki, bütün ciddi innovasiyalar nəticə etibarilə
alıcılar və dizayner yaradıcıları üçün hazırlanır. İndiki dünyada isə moda sahəsində
olan problemlər, media sahəsində olan problemlərə bənzəyir. Həmin problemlərdən
ən vaciblərindən biri isə çoxsaylı yaradıcılar ilə çoxsaylı istehlakçılar
arasında mövcud olmayan birbaşa əlaqədir. Bu sənayenin hal-hazırda olan modelində
yaradıcı ağıllardan daha çox reklam büdcələri, əsasən büdcə və daşınmaz əmlak
ilə əlaqəli fiziki satış kanalları rəqabət aparırlar. Bir söznən əslində
fashion biznes və media biznes, "maliyyə” xarakteri daşımağa başladılar. Böyük
vəsaitlərin hesabına siz, istehlakçılar ilə birlikdə kommunikasiya kanalını məhdudlaşdırırsınız.
Beləliklə digər kiçik brendlər, istehlakçının öz zövqü və tələbatı sayəsində
özünə lazımi məhsulu tapmaq cəhdləri və səylərinə baxmayaraq yetəri qədər insan
tərəfindən eşidilmək və ya görülmək üçün heç bir şansa sahib olmurlar. Digər
bir problem isə böyük internet mağazaların təqdim etdikləri kataloq üsulu seçmə
vasitələridir. Adətən bu cür üsul vasitəsilə həyata keçirilən seçim, real həyatdakı
mağazada olunan seçimdən daha problemli şəraitdə baş verir. İstehlakçı, 100 və
ya 1000-lərlə təqdim olunmuş məhsul içərisində konkret birisini seçmək üçün yetərli
vaxta sahib deyil.
Görünən və görünməyən Fashion Tech.
Beləliklə biz yeni moda sənayesinin çatışmayan elementlərini
qeyd etmək bölməsinə gəlib çatdıq. "Dəmir” texnologiyalar ilə hər şey aydındır
və onlar şübhəsiz ki, cəlbedicidirlər. İstehlakçının görmədiyi qalan şeylər isə
hələki mövcud deyil. İnformasiya və kommunikasiya texnologiyaları, növbəti
problemləri aradan qaldırmalıdırlar. İstənilən dizayner və istənilən auditoriya
arasında kommunikasiya kanallarının yaradılması, intellektual mülkiyyət
hüquqlarının müdafiəsi, dəyərləndirmə zəncirində iştirak edən bütün şəxslər
arasında ədalətli gəlirin paylanması, layihələşdirmə ilə birbaşa əlaqə,
istehsal, logistika və topdan satış. Bu isə sözügedən sahədə süni zəka, məhsul
və istifadəçilər barəsində məlumatların toplanması, blockchain və s.
texnologiyaların istifadə edilməsi deməkdir. Nəyə görə hələ də yeni moda sənayesi
qurulmayıb?
Dizayn, layihələşdirmə və istehsal sahələrində texnoloji
inkişafın olmasına baxmayaraq texnoloji tərəfin görünməyən digər hissəsi hələki
tam aktiv olunmamış vəziyyətdə qalır. Bunun bir neçə səbəbləri var. Özəl
kapital, çoxlu tələb edən tədqiqatları maliyyələşdirməyi sevmir. Dövlət
kapitalı isə daha hərəkətsizdir. Lakin onun başçılarından biri bu tapşırığı
yerinə yetirməlidir. Məsələn istifadəfəçinin rəqəmsal kontent ilə qarşılıqlı əlaqəsi
və bu kimi xüsusiyyətlər "qaraj”da yaranan özəlliklərdən deyil. Onlar yalnız
ciddi tədqiqatların sayəsində yarana bilər. Həmin tədqiqatlardan əldə edilmiş məlumatlar
isə startapların təməlində yerləşir. Bunun üçün biznes və universitet təmsilçilərinin
birlik yaratması lazımdır. Məlum olduğu kimi isə onlar çox nadir hallarda bir
yerə gəlirlər. İkinci məsələ ondan ibarətdir ki, sözügedən sahənin modelində
bir sıra sahələrdən birləşmiş struktur yoxdur. Kimsə nəinki sadə sənaye təmsilçilərini,
riyaziyyatçıları və proqramçıları, hətta qabaqcıl telekommunikasiya, bank sahəsi,
topdan satış təmsilçilərini və s. bir yerə cəlb etməlidir. Maraqlısı ondadır
ki, sadalanan bu sahə təmsilçiləri, moda sənayesinin əsas iştirakçılarından
biridir. Yüngül sənaye, kommunikasiya və internet şirkətlərsiz böyük sayda məlumatların
yığılması və analizini reallaşdıra bilməz.
Bu tapşırıqlar yerinə yetirilməmiş isə yüngül sənayənin
mövcud olması bir qayda olaraq mümkün deyil. Yalnız bir sıra sahə təmsilçilərinin
birgə səyləri nəticəsində inkişaf etmək şansını əldə edəcək biznes modellər
yaratmaq olar. Üçüncü ən əsas məsələ isə konkret tapşırıqları yerinə yetirən
texnoloji startaplardır. Əsasən sənaye zəncirinin digər startap iştirakçıları
ilə əlaqədə olmayan həmin startaplar, dahilik səviyyəsinin yüksək olmasına
baxmayaraq uğur qazanmaq şansından məhrum olanlardır. Moda sahəsi üçün fəaliyyət
göstərən artırılmış reallıq startapları, rəqəmsal kontent yaradıcılarını və
dizaynerləri, özlərinin yeni hüquq müdafiə və gəlirin avtomatik paylanması
sistemlərinə cəlb etmədən uğur qazana bilməyəcəklər. Buna görə də tam biznes zəncirlərinin
qurulması və onların hər bir elementinə şüurlu investisiya əsas proseslərdən
biridir. Heç şübhəsiz bunun özü də incəsənətdir. Lakin onsuz bir çox perspektivli
texnologiyaların sadəcə olaraq hardasa tətbiqi mümkün olmayacaq. Nəticə
etibarilə köhnə fashion sahədən nəyin qalacağına cavab vermək çətindir. Çox
güman ki, o, növbəti 3-5 il ərzində yaranacaq yeni fashion sahəsinə yetişməli
olacaq.
Məqalənin mənbəyi.
Linki kopyala
Həftənin xəbərləri

