Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır.

Kimsə bir yerə sadə sənaye təmsilçilərini, riyaziyyatçıları, proqramçıları, topdan satış mütəxəssislərini və telekommunikasiya təmsilçilərini yığmalıdır. Moda sənayesində olan yeni texnologiyalar həqiqətən də təəccübləndirir. Ayyaqqabıların 3D çapı, toxuma üzrə robotlar, virtual geyim dəyişmə mühitləri və s. Bir çoxlarının fikrincə bu cür texnologiyalar moda və geyim sənayesində əsl təkamülə start verəcək. Bir neçə müddət bundan öncə Moskvada keçirilmiş Fashion Futurum tədbirində qeyd edilmişdi ki, yetərli istedadın olmasına baxmayaraq gənc dizaynerlərə investisiya yatırmaq hələ də riskli işdir. "Inditex” kimi sürətli moda imperiyasından kənarda inkişaf edən bu bazarın digər bir növü misal kimi koreyalı həmkarlardan gətirilib. Koreyalılar ilk öncə pop musiqidə obrazlar yaradırlar. Daha sonra həmin obrazları teleseriallarda inkişaf etdirərək onlardan ən uğurlularını geyim dünyasına inteqrasiya edirlər. Məhdud sayda dizaynerlər üçün bu yaxşı yoldur. Lakin bu üsul sənaye yaratmır. İstehsalatda olan texnoloji yeniliklər isə xərcləri aşağı salır və logistikanı optimallaşdırır. Bununla belə biz başa düşürük ki, yaxın gələcəkdə geyim alış-verişi "hansısa şəxsə oxşar tərzdə geyinmək” və ya "mənə nəsə təzə bir şey təklif edin” kimi istiqamətləri müəyyənləşdirərək bir neçə klik ilə həyata keçiriləcək. Bundan əlavə olaraq sifariş edəcəyiniz geyim nəinki sizə çatdırılmalı, hətta şəxsən sizin üçün bir neçə gün ərzində tikilməlidir. Dizayner isə hansısa geyim kolleksiyasını yaratmamışdan öncə potensial auditoriyası haqqında məlumatlara sahib olmalıdır. Belə ki, bu halda riskin yalnız yaradıcılıq tərəfdən ola biləcəyi qalır. Bu isə artıq texnoloji oyunçuların və müxtəlifliyin olduğu yeni, böyük sənayedir. Yeni Fashion sənayedə aparıcı şəxslər kimlərdir?

İlk öncə yeni sənayeyə hansı elementlərin çatışmadığını anlamaq üçün yadımıza salaq ki, bütün ciddi innovasiyalar nəticə etibarilə alıcılar və dizayner yaradıcıları üçün hazırlanır. İndiki dünyada isə moda sahəsində olan problemlər, media sahəsində olan problemlərə bənzəyir. Həmin problemlərdən ən vaciblərindən biri isə çoxsaylı yaradıcılar ilə çoxsaylı istehlakçılar arasında mövcud olmayan birbaşa əlaqədir. Bu sənayenin hal-hazırda olan modelində yaradıcı ağıllardan daha çox reklam büdcələri, əsasən büdcə və daşınmaz əmlak ilə əlaqəli fiziki satış kanalları rəqabət aparırlar. Bir söznən əslində fashion biznes və media biznes, "maliyyə” xarakteri daşımağa başladılar. Böyük vəsaitlərin hesabına siz, istehlakçılar ilə birlikdə kommunikasiya kanalını məhdudlaşdırırsınız. Beləliklə digər kiçik brendlər, istehlakçının öz zövqü və tələbatı sayəsində özünə lazımi məhsulu tapmaq cəhdləri və səylərinə baxmayaraq yetəri qədər insan tərəfindən eşidilmək və ya görülmək üçün heç bir şansa sahib olmurlar. Digər bir problem isə böyük internet mağazaların təqdim etdikləri kataloq üsulu seçmə vasitələridir. Adətən bu cür üsul vasitəsilə həyata keçirilən seçim, real həyatdakı mağazada olunan seçimdən daha problemli şəraitdə baş verir. İstehlakçı, 100 və ya 1000-lərlə təqdim olunmuş məhsul içərisində konkret birisini seçmək üçün yetərli vaxta sahib deyil.


Görünən və görünməyən Fashion Tech.

Beləliklə biz yeni moda sənayesinin çatışmayan elementlərini qeyd etmək bölməsinə gəlib çatdıq. "Dəmir” texnologiyalar ilə hər şey aydındır və onlar şübhəsiz ki, cəlbedicidirlər. İstehlakçının görmədiyi qalan şeylər isə hələki mövcud deyil. İnformasiya və kommunikasiya texnologiyaları, növbəti problemləri aradan qaldırmalıdırlar. İstənilən dizayner və istənilən auditoriya arasında kommunikasiya kanallarının yaradılması, intellektual mülkiyyət hüquqlarının müdafiəsi, dəyərləndirmə zəncirində iştirak edən bütün şəxslər arasında ədalətli gəlirin paylanması, layihələşdirmə ilə birbaşa əlaqə, istehsal, logistika və topdan satış. Bu isə sözügedən sahədə süni zəka, məhsul və istifadəçilər barəsində məlumatların toplanması, blockchain və s. texnologiyaların istifadə edilməsi deməkdir. Nəyə görə hələ də yeni moda sənayesi qurulmayıb?

Dizayn, layihələşdirmə və istehsal sahələrində texnoloji inkişafın olmasına baxmayaraq texnoloji tərəfin görünməyən digər hissəsi hələki tam aktiv olunmamış vəziyyətdə qalır. Bunun bir neçə səbəbləri var. Özəl kapital, çoxlu tələb edən tədqiqatları maliyyələşdirməyi sevmir. Dövlət kapitalı isə daha hərəkətsizdir. Lakin onun başçılarından biri bu tapşırığı yerinə yetirməlidir. Məsələn istifadəfəçinin rəqəmsal kontent ilə qarşılıqlı əlaqəsi və bu kimi xüsusiyyətlər "qaraj”da yaranan özəlliklərdən deyil. Onlar yalnız ciddi tədqiqatların sayəsində yarana bilər. Həmin tədqiqatlardan əldə edilmiş məlumatlar isə startapların təməlində yerləşir. Bunun üçün biznes və universitet təmsilçilərinin birlik yaratması lazımdır. Məlum olduğu kimi isə onlar çox nadir hallarda bir yerə gəlirlər. İkinci məsələ ondan ibarətdir ki, sözügedən sahənin modelində bir sıra sahələrdən birləşmiş struktur yoxdur. Kimsə nəinki sadə sənaye təmsilçilərini, riyaziyyatçıları və proqramçıları, hətta qabaqcıl telekommunikasiya, bank sahəsi, topdan satış təmsilçilərini və s. bir yerə cəlb etməlidir. Maraqlısı ondadır ki, sadalanan bu sahə təmsilçiləri, moda sənayesinin əsas iştirakçılarından biridir. Yüngül sənaye, kommunikasiya və internet şirkətlərsiz böyük sayda məlumatların yığılması və analizini reallaşdıra bilməz.

Bu tapşırıqlar yerinə yetirilməmiş isə yüngül sənayənin mövcud olması bir qayda olaraq mümkün deyil. Yalnız bir sıra sahə təmsilçilərinin birgə səyləri nəticəsində inkişaf etmək şansını əldə edəcək biznes modellər yaratmaq olar. Üçüncü ən əsas məsələ isə konkret tapşırıqları yerinə yetirən texnoloji startaplardır. Əsasən sənaye zəncirinin digər startap iştirakçıları ilə əlaqədə olmayan həmin startaplar, dahilik səviyyəsinin yüksək olmasına baxmayaraq uğur qazanmaq şansından məhrum olanlardır. Moda sahəsi üçün fəaliyyət göstərən artırılmış reallıq startapları, rəqəmsal kontent yaradıcılarını və dizaynerləri, özlərinin yeni hüquq müdafiə və gəlirin avtomatik paylanması sistemlərinə cəlb etmədən uğur qazana bilməyəcəklər. Buna görə də tam biznes zəncirlərinin qurulması və onların hər bir elementinə şüurlu investisiya əsas proseslərdən biridir. Heç şübhəsiz bunun özü də incəsənətdir. Lakin onsuz bir çox perspektivli texnologiyaların sadəcə olaraq hardasa tətbiqi mümkün olmayacaq. Nəticə etibarilə köhnə fashion sahədən nəyin qalacağına cavab vermək çətindir. Çox güman ki, o, növbəti 3-5 il ərzində yaranacaq yeni fashion sahəsinə yetişməli olacaq.

 

Məqalənin mənbəyi.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..


HTC nin yeni flaqman HTC U 11-in etxniki göstəriciləri məlum oldu

Adətən \"HTC” şirkəti öz flaqman smartfonlarını ilin birinci yarısında təqdim edir. Lakin bu..

×