main-post-cover

    "Fast & Furious 9, 10" filmlərinin premyera tarixləri bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Universal Pictures studiyası aktyor Vin Diesel ilə birlikdə "Fast & Furious" film seriyasının 9-cu və 10-cu hissələrinin premyera tarixlərini təqdim edib. Verilən məlumata görə "Fast & Furious 9" 19 Aprel 2019-cu il tarixində, "Fast & Furious 10" isə 2 Aprel 2021-ci il tarixində izləyicilərə təqdim olunacaq. Təbii ki, sözügedən filmlərin süjet xətləri haqqında heç bir məlumat verilməyib. Qeyd edək ki, 2015-ci ilin ən gəlirli filmlərindən biri olmuş "Fast & Furious 7"-nin böyük ekranlara çıxmasından sonra Vin Diesel bildirmişdi ki, daha 3 hissədə rol almağa hazırdır. Görünür Universal Pictures studiyası 7-ci hissəsnin gəlirlərindən ilhamlanaraq aktyoru dəstəkləyib. Məşhur film seriyasının həmçinin prodüsseri olan Vin Diesel gələcəkdə ayrı-ayrı personajların da öz solo filmlərinin olma ehtimalının yüksək olduğunu bildirmişdi. Lakin digər personajların solo filmləri haqqında işlərin nə vaxt start götürəcəyi hələki bilinmir. "Fast & Furious 8" filminə qaldıqda isə onun premyerası 2017-ci ilin aprel ayında baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər