
FBI rəhbərindən xəbərdarlıq: Kompüterinizin kamerasını bağlı saxlayın!
Texnologiya
07.05.2017
Farid Pardashunas
Xatırladaq ki, bir müddət əvvəl "Facebook"un
qurucusu və CEO-su Mark Zükerberq paylaşdığı bir fotoda öz laptopunun kamera və
mikrofon yerini yapışqan lentlə bağlamışdı. Bu isə sosial mediada çox ciddi
müzakirələrə səbəb olmuşdu. Bu görüntülərdən sonra hər kəs kompüter vasitəsilə
izlənmək olarmı deyə düşünməyə başladı. Təbii ki, bu da öz növbəsində haqlı
narahatlığa səbəb olurdu. Bəzi insanlar bunun mənasız olduğu qənaətində olsalar
da, bir qismi bunun mümkün olduğunu iddia edirdi. Niyə də olmasın? Əgər
yaşadığımız dövrdə hər şey hackerlərin əlinə keçə bilirsə, görüntü və ya səs
danışıqlarının kompüter vasitəsilə əldə olunması o qədər də çətin olmamalıdır. Bu mövzuda FBI rəhbəri Ceyms Komey-in fikirləri narahatçılığı bir qədər də artırıb.

İzlənmək ehtimalımız mövcuddur!
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin
təşkil etdiyi konfransda çıxış edən Komey bu mövzuda öz fikirlərini paylaşıb.
Belə ki, o öz çıxışında kompüterlərin kameralarının bağlanmasının zəruri
olduğunu vurğulayıb. O, dövlət ofislərində bütün webcam-ların üzərini örtən kiçik
kamera aparatlarının olduğunu bildirib və bu sizi başqa qaynaqlar tərəfindən
izlənmənizi əngəlləyir. Komey həmçinin bunu hər kəsin tətbiq etməli olduğunu diqqətə
çatdırıb. FBI nümayəndəsi xüsusilə FBI-ın bir zamanlar "Apple" ilə qarşı-qarşıya
gəldiyini xatırladıb. Buna səbəb isə iPhone şifrə qırma hadisəsi olub. Onun
sözlərinə görə həmin dövrdə laptop və kompüterlər yapışqan lentlə bağlı tutulub.

Linki kopyala
Həftənin xəbərləri

