FBI rəhbərindən xəbərdarlıq: Kompüterinizin kamerasını bağlı saxlayın!

FBI rəhbərindən xəbərdarlıq: Kompüterinizin kamerasını bağlı saxlayın!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Xatırladaq ki, bir müddət əvvəl "Facebook"un qurucusu və CEO-su Mark Zükerberq paylaşdığı bir fotoda öz laptopunun kamera və mikrofon yerini yapışqan lentlə bağlamışdı. Bu isə sosial mediada çox ciddi müzakirələrə səbəb olmuşdu. Bu görüntülərdən sonra hər kəs kompüter vasitəsilə izlənmək olarmı deyə düşünməyə başladı. Təbii ki, bu da öz növbəsində haqlı narahatlığa səbəb olurdu. Bəzi insanlar bunun mənasız olduğu qənaətində olsalar da, bir qismi bunun mümkün olduğunu iddia edirdi. Niyə də olmasın? Əgər yaşadığımız dövrdə hər şey hackerlərin əlinə keçə bilirsə, görüntü və ya səs danışıqlarının kompüter vasitəsilə əldə olunması o qədər də çətin olmamalıdır. Bu mövzuda FBI rəhbəri Ceyms Komey-in fikirləri narahatçılığı bir qədər də artırıb.



İzlənmək ehtimalımız mövcuddur!

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda çıxış edən Komey bu mövzuda öz fikirlərini paylaşıb. Belə ki, o öz çıxışında kompüterlərin kameralarının bağlanmasının zəruri olduğunu vurğulayıb. O, dövlət ofislərində bütün webcam-ların üzərini örtən kiçik kamera aparatlarının olduğunu bildirib və bu sizi başqa qaynaqlar tərəfindən izlənmənizi əngəlləyir. Komey həmçinin bunu hər kəsin tətbiq etməli olduğunu diqqətə çatdırıb. FBI nümayəndəsi xüsusilə FBI-ın bir zamanlar "Apple" ilə qarşı-qarşıya gəldiyini xatırladıb. Buna səbəb isə iPhone şifrə qırma hadisəsi olub. Onun sözlərinə görə həmin dövrdə laptop və kompüterlər yapışqan lentlə bağlı tutulub.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×