FBI iPhone 'nun kilidini qırmağın yolunu tapdığını açıqladı

FBI iPhone 'nun kilidini qırmağın yolunu tapdığını açıqladı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

ABŞ Federal İstintaq Bürosu, 14 nəfərin ölümü ilə nəticələnən San Bernardino hadisəsi ilə bağlı istifadə olunan iPhone’un kilidini açmaq üçün bir yol tapdığını açıqladı.

Apple’ın Çərşənbı axşamı nəticələnməsi gözlənilən məhkəmə ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə təxirə salınmış, nazirlik Apple’ın terroristə (Rizwan Farook) aid telefonun kilidinin açılmasına kömək etməsi barədə qərar açıqlamışdı. Apple isə məhkəmənin bu qərarına qarşı çıxaraq bu əməliyyatın qlobal səviyyədə yayılaraq təhlükəli olmasını söyləmişdi.
Amma vəziyyət belə ikən FBI’dan və müstəntiqlərdən önəmli açıqlama gəldi. Açıqlamaya görə Apple’ın dəstəyi olmadan ‘kənar şəxsin’, iPhone’un şifrəsini qırmağı bacaracaq bir yol tapıldığı qeyd olundu. Məhkəmə sənədlərində bu üsulla bağlı belə ifadələr səslənmişdi: "Bu üsulun, Farook\'un iPhone\'undaki məlumatları riskə atmadan tətbiq olunan bir üsul olub olmadığını anlamaq üçün test edilməlidir. Əgər alınarsa, Apple\'ın dəstəyinə olan ehtiyac da ortadan qalxar."

Apple: FBI tapdığı üsulu bizimlə də paylaşsın.
Apple’ın vəkilləri FBI’ın iPhone’un kilidini açmaq üçün tapdıqları üsul barədə heç bir fikirlərinin olmadığının və əgər həqiqətən belə bir şey olubsa, bu üsulu onlarla da paylaşılmasını gözlədiklərini vurğulayıblar. FBI, cihazın məlumatlarını əldə etmək üçün araşdırmalara davam edir, amma telefonun şifrələmə sistemində hər hansı bir səhvin bütün məlumatları ələ keçirməyə mane olmacağı da deyilir. Telefonun 4 rəqəmli PIN kodunu bilməyənlərin cihaza girişinə məhdudiyyət qoyan bu sistem, kodun 10 dəfə səhv daxil edilməsi zamanı cihazdakı bütün məlumatları silir və fabrik tənzimləmələrinə geri döndərir.

FBI tapdığını iddia etdiyi bu üsulu birbaşa olaraq istifadə edəcəkmi, ya yox, bu hələki sual altındadır. Amma bu addım Apple’ın bir problem çıxarmadan şirfrəni qırmalarına kömək etməsi üçün atılmış hiyləgər addım da ola bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×