Federal Təhlükəsizlik Bürosunun müstəntiqləri Apple-ın köməyi olmadan mərhum San Bernardino-lu cinayətkarın iPhonunun kilidini aça bilib.
Federal ABŞ Ədliyyə Nazirliyi məlumat verir ki, Təhlükəsizlik Bürosunun müstəntiqləri Apple-ın köməyi olmadan mərhum San Bernardino-lu cinayətkarın iPhonunun kilidini aça bilib,
Apple şirkəti Syed Rizwan Farook-un telefonuna daxil olmaq üçün xüsusi proqram yüklənməsi haqda məhkəmənin qərarına etiraz etmişdi.
Lakin bazar ertəsi günü rəsmilər elan etdi ki, onlar telefona özləri müstəqil daxil olublar və indi vəsatətin geri götürülməsini xahiş edirlər.
Farook və onun həyat yoldaşı dekabr ayında San Bernardino-da 14 nəfəri qətlə yetirib. Bir qədər sonra onlar polis tərəfindən güllələnərək öldürülüblər.
Ötən həftə prokurorluq açıqlama verib ki, "kənar tərəflər" Apple şirkətinin köməyi olmadan da iPhone-nun kilidinin açmağın mümkün olduğunu deyib. Apple şirkəti isə başqasının telefonuna necə giriş etmələrini bilmədiklərini deyiblər və hökumətin iPhone-nun "zəif tərəfləri" haqda bütün məlumatları onlarla bölüşəcəyinə ümid etdiklərini açıqlayıblar. Bazar ertəsi Kaliforniya ştatının baş federal prokuroru Eileen Decker bəyan edib ki, müstəntiqlər məsələ ilə bağlı kimliyi açıqlanmayan "üçüncü tərəfin" köməyini qəbul ediblər. O, qeyd edir ki, "Müstəntiqlərin San Bernardino atışma qurbanları qarşısında ciddi öhdəlikləri var. Beynəlxalq və ictimai təhlükəsizliyin qorunması üçün rəqəmsal informasiyaları müvafiq tərəflərlə əməkdaşlıq və ya məhkəmə yolu ilə əldə etmək, hökumət üçün prioritet olaraq qalır".
Hadisələrin gedişatına cavab olaraq Apple şirkəti deyib: "Apple şirkəti iPhone telefonlarının içində qoruma sistemi yaratdığına görə biz əvvədən FTB-nin tələbinə etiraz etmişik. Biz hesab edirik ki, bu addım düzgün deyil və bu təhlükəli presedent yaradır". Şirkət bildirib ki, "baza məlumatlarımıza hədə və hücumlar daha tez-tez və mürəkkəb olduqca biz də məhsulumuzun təhlükəsizlik səviyyəsini gücləndirməkdə davam edəcəyik".
Ötən həftə İsrail qəzetlərindən biri məlumat yayıb ki, baş qərargahı İsraildə yerləşən Cellebrite, kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri də məsələyə cəlb olunub. Şirkətdən BBC-yə bildiriblər ki, onlar FTB ilə əməkdaşlıq edirlər və bundan artığını deyə bilməzlər. FTB-nin direktoru James Comey deyib ki, bu onun işində həll etməli olduğu "ən çətin sual" olub.
Buna baxmayaraq o, hüquq mühafizə orqanlarının mobil telefon məlumat bazasına daxil olmağa icazə verməsi ilə çoxlu sayda uşaqları terror hücumlarından qoruduğunu açıqlayıb.
Mənbə: www.bbc.com
Şərh yoxdur