Xüsusi avtomobilə sahib olmaq istərdinizmi? Hələ ki, dünyada cəmi 80 ədəd varsa, bu Ferrari sizin arzuladığınız model ola bilər. Sözü gedən model Model Ferrari 599 SA Aperta-dır.
SA Aperta Pininfarina dizayn şirkətinin 80 illiyinə həsr olunub və xüsusi olaraq Ferrari 599-un əsasında hazırlanıb. 80 yaşı tamam olan şirkət bu məqsədlə modeldən cəmi 80 ədəd təklif edir. Avtomobilin mühərriki 599GTO modelində də istifadə olunan 6.0 litr V12-dir və bu mühərrik 661 at gücünə sahibdir. 599 SA Aperta-ın 0-100 km/s sürətə çatması cəmi 3.6 saniyə vaxt aparır. Modelin ən diqqət çəkən hissəsi isə cabriolet olmasıdır.
Salonun daxili xüsusi dizayna malikdir. Hər tərəfdə karbon detallar, kontraslı tikişlər və xüsusi şüşələri ilə bu gözəl italyanın qiyməti nə az nə çox 1.6 milyon dollardır.
Şərh yoxdur