"Fiat" artıq avtomobillərini "Amazon"da da satacaq
Tech-Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
İnternetin e-ticarət nəhəngi "Amazon”, "Fiat Chrysler” ilə gəldiyi razılıq nəticəsində internet üzərindən avtomobil satmaq üçün işlərə başladı. "Amazon”, "Fiat” ilə bağladığı müqavilə nəticəsində İtalyan avtomobil istehsalçısının Fiat 500, Fiat 500L və Fiat Panda modellərini online olaraq satışa çıxaracaq.
"Amazon”
ilə "Fiat” razılığının ən vacib bir digər cəhəti isə internetdən satışı
reallaşdırılan avtomobillərin siyahı qiymətlərinə görə əlavə endirimlərlə
satılacaq olmasıdır. Burada 33%-ə qədər çatacaq endirimlərlə satılacağı deyilən Fiat avtomobilləri, avtomobil həvəskarlarını e-ticarətə yönləndirir. Aparılan tədqiqatlara
görə İtalyanların vacib bir çoxluğunun avtomobil ilə bağlı araşdırmalarını internet üzərindən apardıqları deyilsə də, İtalyan istifadəçilər fiziki satış nöqtələrinə getməyi seçirlər.
Bildiyiniz
kimi "Tesla” internet üzərindən avtomobil satışı barədə işin axışını dəyişdirmişdi.
İnternetin nemətlərindən yararlanmaq istəyən "Fiat Chrysler" kimi ənənəyə sadiq
lakin yeniliklərdən də geri qalmayan firmalar bu şəkildə alacağı online sifariş saylarını yüksəltməyi hədəfləyirlər. "Fiat”, "Amazon” üzərindən sifariş edilən
avtomobillərin, istifadəçilərinin istədiyi xüsusiyyətlərə görə iki həftə içərisində
hazır ediləcəyinin qarantiyasını da verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!