main-post-cover

    FIFA 17-də olacaq maraqlı yenilik

    Digər
    07.05.2017
    Farid Pardashunas
    FIFA 17 oyunçuları təkcə Frostbite oyun mühərriki əsasında hazırlanmış əla qrafika ilə deyil həmdə dramatik singleplayer rejim ilə təəccübləndirəcək. Oyunçular öz ulduz yolunu İngiltərə Premyer Liqasının şöhrət yığan futbolçusu Alex Hunter-ın rolunda keçəcəklər. Ekspertlər tərəfndən müsbət rəylər alan futbolçu akademiyanın perspektivli oyunçularından biridir. Lakin onun uğur qazanması yalnız sizin meydandakı oynamaq bacarığınızdan və oyundan kənar qəbul ediləcək qərarlarınızdan asılı olacaq. Oyunun süjet xətti dramatik səhnələr (vicdansız menecerlər, dostluq və xəyanət, sevincli qalibiyyətlər və kədərli məğlubiyyətlər) oyunçuların könlünü oxşayacaq. Oyuna singleplayer rejimin əlavə olunmasının əsas səbəbi bu oyun seriyasına yeni auditoriyanın marağını artırmaqdır. FIFA 17 27 Sentyabr 2016-cı il tarixində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər