main-post-cover

    FIFA 17 Mobile oyunu haqqında ilk məlumatlar (VIDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Electronic Arts” şirkəti mobil futbol oyunu FIFA 17 Mobile ilə bağlı ilk məlumatları paylaşıb.


    Yeni oyunun xüsusiyyətləri arasında hücum rejimi (Attack Mode) yer alır. Həmin rejim vasitəsilə oyunçular sürətli addım-addım oyunlar keçirdə biləcəklər. "Technote.az”ın "Easports.com” saytına istinadən verdiyi xəbərə əsasən oyunda həmçinin liqa rejimi (League mode) də olacaq. Liqa rejimi oyunçulara beynəlxalq liqalara qoşularaq öz aralarında mübarizə aparmağa imkan verəcək. Həmçinin birlikdə nailiyyətlər əldə etmək və ya digər liqalara qarşı oynamaq mümkün olacaq. Bundan əlavə olaraq oyunda olacaq Live hadisələr bölməsində oyunçulara hər gün dünyada keçirilmiş futbol oyunları əsasında mini oyunlar təqdim olunacaq. Həmin mini oyunda iştirak edəcək oyunçular xüsusi jetonlar əldə edəcəklər. Həmin jetonları isə onlar pulsuz futbol oyunçularının və s. alınmasına xərcləyə biləcəklər. Məlumata əsasən FIFA 17 Mobile 30 liqanı, 650 komandanı və 17.000 oyunçunu özündə birləşdirəcək. Oyun bu ilin payız fəslində iOS, Android və Windows Phone platformaları üçün çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər