main-post-cover

    Fiziklər işıq şüasını dondurmağı bacarıblar

    07.05.2017
    Farid Pardashunas

    Bir neçə müddət bundan öncə rusiyalı və yaponiyalı fiziklər işıq şüasının ləngidilməsi üzrə uğurlu nəticələr əldə etmişdilər.

    Lakin avstraliyalı fiziklər daha irəli gedərək işıq şüasını dondurmağı bacarıblar. Belə ki, fiziklər lazer işıqşüasını aşağı temperaturlu atomların buludlarına yönəldərək işıq üçün tələ yaradıblar. "Görünür biz işığı tələyə salmağı bacarmışıq. Atomlar işığın bir hissəsini udurlar. Lakin fotonların böyük bir hissəsi buludun daxilində donub qalır. İşığın hərkətinin idarəolunması kvant kompüterlərinin yaradılmasında önəmli rol oynayır. Optik kvant hesablamaları hələki gələcəyin prosesidir. Lakin bizim işığın dondurulması üzrə təcrübəmiz çox irəli getdiyimizin sübutudur” – deyə müşahidənin aparıcı tədqiqatçısı Cess Everett bildirib. Həmçinin tədqiqatçılar qeyd ediblər ki, fotonlar vakuumda saniyədə 300.000 km sürətlə hərəkət edirlər. Lakin çox aşağı temperatura enmiş atomlar fotonları özlərinə çəkərək onların hərəkətlərinə mane olur. Bunun nəticəsində işıq məkanda hərəkət prosesini dayandıraraq yerində qalır. Yeni texnologiyanı kommunikasiya sistemləri ilə birləşdirmək olar. Bu isə insanlığı kvant kompüterlərinin yaradılmasına biraz daha yaxınlaşdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər