main-post-cover

    Flappy Birds-ün yaradıcısından yenə əsəbləri alt-üst edəcək oyun: Swing Copters 2

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Təqdim olunduğunda dünyanın ən çətin oyunlarından sayılan və insanların sözün əsl mənasında əsəbləri ilə oynayan məşhur oyun Flappy Birds yəqin ki, hamının yadındadır. Bu oyunun yaradıcısı olan Dong Nguyen deyəsən insanların əsəbini yenidən yoxlamaq qərarına gəlib. Dong tərəfindən hazırlanan Swing Copters 2 oyunu play store və app store-da öz yerini alıb. Arcade janrında olan bu oyun 1-cisinə nisbətən daha çətindir. Dik bir platformada başında pərvanə olan personajı bacardıq qədər yuxarıya aparıb xal qazanmaq lazımdır. Bu oyunu oynayanlar görünən odur ki, psixoloqlara yenə çox pul xərcləyəcəklər.



    Aşağıdan oyunu hər iki platforma üçün yükləyə bilərsiniz:

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər