Reklam
Football Manager ilə Həyatı dəyişən Gənc

Football Manager ilə Həyatı dəyişən Gənc

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Oyun oynayaraq bir şey əldə etmək olmaz” düşüncəsini yerlə bir edən gəncin uğur hekayəsi ilə sizləri tanış etmək istəyirik.

Çoxumuz bir ara Football Manager bataqlığına düşmüş olarıq. Təbii ki, bataqlıq dedikdə məqsədimiz oyunu pisləmək deyil, beləki bu oyun bizim gözümüzdə tam bir əfsanədir.

Oyunu oynayarkən çox gümanki sizdə özünüzü oyunun içində sanıb, həqiqətən bir futbol komandasını idarə edirmiş kimi hiss etmisiniz. Ancaq İngiltərədə yaşayan Matt Neill, tam mənası ilə Football Manager ilə xəyallarını reallaşdırıb.



Neill, uşaqkən il içərisində ortalama 600-700 saat Football Manager oynayırmış. Bundan tam 8 il əvvəl oyundakı istedadlarını real həyatda istifadə etmək istəyən Neill, İngilitərənin aşağı liqa komandalarından Truro City-ni müşahidə etmək üçün Football Manager-in rəsmi saytındakı elana müraciət etmişdi.

Bir neçə il bu vəzifədə işləyən və Truro City xaricində də bir çox komandanın haqqında məlumat sahibi olan Neill, İngiltərə 2-ci liqanın komandalarından Plymouth Argyle-ı da yaxından izləyirmiş və dediyinə görə bir müddət sonra bu komandanı özü qədər yaxşı tanıyan başqa birinin olmadığının fərqinə varıb.

Qısa bir araşdırma edən Neill, Plymouth Argyle-da müşahidəçi vəzifəsinin boş olduğunu öyrəndiyində bu fürsəti ən yaxşı şəkildə dəyərləndirmək istəyib. Football Manager-in istehsalçı firması SEGA-ya Plymouth Argyle heyətindəki hər futbolçu haqqında karyera və statistikaların olduğu bir Excel faylını göndərən Neill-ın müraciəti qəbul edilib.

Təbii ki, Neill üçün əsl macəra bundan sonra başlayıb. Football Manager üçün Plymouth Argyle müşahidəçisi olaraq işləməyə başlayan Neill, uğuru ilə komandanın da diqqətini çəkib. Sonrasında isə Neill, Football Manager-ə xərclədiyi bütün əməklərinin qarşılığı olan o təklifi alır və Plymouth Argyle-da analisist olaraq işə başlayır.

İllərdir kompüter arxasında oynadığı simulyasiya oyununu real həyatına çevirməyi bacararaq xəyallarını reallığa çevirən Neill, hazırda Plymouth Argyle-ın texniki heyətində analisist olaraq fəaliyyət göstərir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×