main-post-cover

    "Forbes" bu ilin ən varlı IT sahibkarlarının adlarını açıqlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Forbes” jurnalı IT sahəsi ilə məşqul olan 100 ən varlı sahibkarların adlarının reytinqini təqdim edib.

    Planetin ən varlı sahibkarları siyahısında birinci yeri yenidən Bill Qeyts (78 milyard dollar) tutub. O son iki onillik ərzində siyahının birinci yerində qərarlaşır. "Forbes”-un hesablamalarına əsasən dünyanın ən varlı 100 IT milyardçısının ümumi gəliri bir il ərzində 6% (892 milyard dollara qədər) artıb. Siyahıda texnoloji biznes ilə məşqul olanların yarıdan çoxu amerikalı şəxslərdir. Çin, varlı sahibkarlar siyahısında ikinci yeri (19 şəxs) tutub. Ən varlı çinli sahibkar "Alibaba”-nın təsisçisi Ceka Ma (25.8 milyard dollar) hesab edilib. Ondan sonra "Tencent” telekommunikasiya şirkətinin direktoru Ma Xuaten (22 milyard dollar) yer alıb. Technote.az-ın "Forbes” nəşriyyatına istinadən verdiyi xəbərə əsasən Bill Qeyts-dən sonra ikinci yeri məşhur və böyük online mağaza "Amazon”-un təsisçisi Jeff Bezos (66.2 milyard ollar) tutub. Bir il ərzində (2015-ci ilin avqust ayından 2016-cı ilin avqust ayına kimi) Jeff 18.4 milyard dollar gəlir əldə edib. Onun bu uğuru "Amazon Web Services” cloud servisinin inkişafı ilə əlaqəlidir. 3-cü yerdə "Facebook”-un yaradıcısı Mark Zukerberq (54 milyard dollar) qərarlaşıb. Onun siyahıda bir pillə qalxmasının əsas səbəbi isə şirkətin səhmlərinin qiymətinin 30% qalxmasıdır. Keçən il ikinci pillədə olmuş "Oracle” şirkətinin təsisçisi Larri Ellison (51.7 milyard dollar) bu il dördüncü pilləyə enib.
    Daha sonrakı pillələri "Google” şirkətinin təsisçiləri Larri Peyc və Sergey Brin (39 milyard və 38.2 milyard dollar), "Microsoft” şirkətinin həmtəsisçisi Stiv Ballmer (27.7 milyard dollar) paylaşıblar. İlk onluğu isə "Dell” şirkətinin təsisçisi Maykl Dell (22 milyard dollar) yekunlaşdırıb. "Forbes”-un bildirdiyinə görə 100 varlı IT milyardçılardan 9-u öz biznes uğurlarına görə "Facebook”-a borcludurlar. Həmin siyahıya Dastin Moskovits, Eduardo Saverin, Ceff Rotşild, rusiyalı investor Yuri Milner və "WhatsApp”-ın yaradıcıları Yan Kum ilə Brayan Ekton daxildirlər. "Forbes”-un siyahısına cəmi 5 milyardçı qadın daxil olub. Onlardan ən varlısı isə mobil cihazlar üçün ekranların hazırlanması ilə məşqul olan "Lens Technology” şirkətinin təsisçisi Çjou Kunfey-dir (6.4 milyard dollar).
    Linki kopyala