
Ford-dan 724 at güclü yeni "Mustang King Edition"
Digər
07.05.2017
Farid Pardashunas
Dodge-un gözlənilməz Hellcat hücumundan sonra Ford məşhur masl karını yenidən seqmentin ən güclüsü etmək qərarına gəlib. Yeni avtomobil üçün məşhur NASCAR yarışcısı Richard Fleety ilə çalışan şirkət 5.0 litr V8 mühərrikdən 727 at gücü ala bilib. Daha böyük və güclü superçarcer, yarış asqıları və soyuq hava çıxışı ilə təchiz olunan Mustang King Edition bu göstərici ilə ən güclü rəqibi Challenger Hellcat-i geridə qoyur.

Bütövlükdə 300 ədəd Mustang King Edition istehsal etmək fikrində olan Ford bu avtomobillərdən 14-nün kabriolet olacağını bildirib. Avtomobilin ABŞ-daki qiyməti isə 67.495 və 90.495 dollar arasında dəyişəcək.


Linki kopyala
Həftənin xəbərləri

