

Dünyaca məşhur saat istehsalçısı Fossil, yeni Q seriyalı ağıllı saatlarının ilkin sifarişini qəbul edəcək. Bu model istifadəçilərə nələr vəd edir?
Dünyaca tanınan "Fossil" şirkəti önümüzdəki həftə yeni Q seriyalı saatını istifadəçilərə təqdim edəcək. Q seriyası ilə saat sektorunda qalıcı olmağı planlayan Fossil-in keçən ilki təqdimatı da avqust ayında baş tutmuşdu.
Yeni model nələr vəd edir!
Android Wear əməliyyat sistemi ilə təqdim olunacaq yeni model əvvəlki modeldən fərqlənmir. Naqilsiz şarj və Bluetooth kimi əlavələrin olması, 400mAh həcmli batareyaya sahib olması saata məxsus müsbət xüsusiyyətlərdən biridir. 320x290 ekran keyfiyyəti və 1.4 inç-lik ekranı ilə satışa çıxacaq ağıllı saatın əsas üstünlüyü İntel prosessora sahib olmasıdır. Öncəki modellərin qiymətini nəzərə alaraq yeni modelin təxminən 350$ olacağı gözlənilir.


Şərh yoxdur