
Fossil yeni ağıllı saatını tanıtdı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Lüks saat markaları arasında yer alan Fossil ilk ağıllı saatını elan etdi. Fossil Q Founder olaraq adlandırılan Android Wear əməliyyat sistemli ağıllı saat şıq dizaynı ilə göz doldurur.

IP67 sertifikatı ilə 1 metr dərinlikdə suya davamlı olan və paslanmaz poladdan hazırlanan Fossil Q Founder 400 mAh batareyaya və 4 GB yaddaşa sahibdir. Bluetooth dəstəyi də mövcud olan saatda təəssüf ki, WiFi dəstəyi yoxdur.
46 mm ölçülü ekrana sahib olan saatın ekran keyfiyyəti barədə məlumat yoxdur. Saatın kəmər ölçüsü isə 22 mm'dir. Bu da onun asanlıqla dəyişdirilə biləcəyi deməkdir. Fossil Q Founder modelinin qiyməti elə də baha olmayacaq. Amerika'da 299$, İngiltərə'də isə 279£, yəni 420$ olacaq.Linki kopyala
Həftənin xəbərləri

