main-post-cover

    Fransa hökümətindən startapçılara əjdaha kimi yeni viza güzəştləri

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Fransadan startapçı və İT şirkəti əməkdaşlarına xoş xəbər.

    Fransa höküməti, texnoloji sahibkarlar, startap əməkdaşları, istedadlı mütəxəssislər və investorlar kimi vençur sahədə çalışan xarici vətəndaşlar üçün viza güzəştlərini elan edib. Yeni güzəşt proqramı French Tech Visa adlanır. Yeni proqram, 2015-ci ildən olan French Tech Ticket proqramını tamamlayır. Qeyd edək ki, 2015-ci ildən təqdim olunmuş bu proqram sayəsində xarici startapçılar, Fransada biznes qurmaq üçün 12 ay müddətinə qrant, ofis və digər dəstək vasitələrini əldə edirlər. French Tech Visa proqramı isə 4 il üçün nəzərdə tutulub. Bu müddət bitəndən sonra onu uzatmaq da olur. Həmçinin bu vizanın sahibinin ailə üzvləri də həmin vizadan istifadə edə bilərlər.
    Bundan əlavə olaraq sözügedən vizaya sahib istənilən şəxs, Fransada işləmək icazəsini əldə edə bilər (həmçinin ailə üzvləri də). Sözügedən proqram çərçivəsində xarici startap təsisçiləri, bu vizanı müəyyən akselerasiya mərkəzlərində və konkurslarda iştirak zamanı ala bilərlər. Fransada işləmək arzusunda olan müxtəlif mütəxəssislər, Fransanın qabaqcıl 100 startapından birinə daxil olan zaman French Tech Visa-nı əldə edə bilərlər. Bu cür şirkətlərin siyahısı daha sonra təqdim olunacaq. Bununla belə tam 4 il bu və ya digər şirkətdə çalışmaq mütləq olmayacaq. İnvestorlar isə Fransanın investisiya şirkətlərindən birində və ya Fransada ofis açan Fransanın beynəlxalq investisiya şirkətlərində çalışmaq arzusunda olduqları zaman əldə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər