Günümüzdə populyar olaraq istifadə olunan bir çox mesajlaşma platforması vardır. Bu şəbəkələri davamlı olaraq istifadə edən insanlar üçün yeni Mac proqramı Franz, ümumi olaraq şəbəkələri bir proqramda birləşdirir.
Stefan Malzner tərəfindən yaradılan Franz, istifadəçilərin eyni anda birdən çox mesajlaşma servislərinə çıxışını təmin edir. Proqram Slack, Messenger, WhatsApp, Telegram, Skype, HipChat, Google Hangouts və Grape proqramlarını dəstəkləyir. Proqramın interfeysi isə olduqca sadədir. Ağ rəngin hakim olduğu proqram tamamilə ödənişsiz olaraq təqdim olunur.
Windows üzərində də işləyə bilən Franz’ın Mac versiyasını buradan yükləyə bilərsiniz.
Şərh yoxdur