

Avropanın öndə gələn online faktura xidmətlərindən olan Zervant 4 milyon investisiya aldığını açıqladı.
Spotify və Klarna kimi startaplara sərmayə qoyan "Northzone and Conor Venture Partners" şirkəti bu dəfə Zervant-ı aldığını və bununla Avropa ölkələrinə giriş etmək fikrində olduğunu bildirib.
Zervant şirkəti 2010-cu ildə Finlandiya-da qurulub. Şirkətin əsəs kütləsini freelance olaraq çalışanlar və KOBİ-lər (kiçik sahibkarlar) təşkil edir. Müxtəlif dillərdə xidmət göstərən platformanın 160 ölkədə 100 min nəfər tərəfindən istifadə olunduğu bildirilir. Şirkətin qurucu ortağı və CEO-su Mattias Hanssons, aldıqları investisiya ilə şirkəti daha da irəli aparacaqlarını və tətbiqə yeniliklər əlavə edəcəklərini açıqlayıb.
Şirkət gəlirlərini 4 dəfə artırmağı hədəfləyir.
Zervanttəkcə online faktura xidməti deyil, həmçinin xərcləmə, gəlir izləmə, mobil tətbiqlər vasitəsilə freelance olaraq çalışanlar üçün çalışma zamanlarının planlanması və hesablanması kimi xidmətlər də təklif edir. Şirkət hal-hazırda daha sürətli ödəniş qəbulu haqda proqram üzərində işlədiyini açıqlayıb.
Şərh yoxdur