main-post-cover

    Fukusima-nın izləri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Keow Wee Loong adlı fotoqraf öz dostları ilə birlikdə 2011-ci ildə təbii fəlakətlər nəticəsində zərər çəkmiş "Fukusima-1” atom elektrostansiyasının ərazisinə daxil olub. Əleyhqaznan təchiz olunmuş Keow Wee Loong, Sherena Ng və Koji Hori Fukusima prefekturasının 5 il bundan öncə fəlakət nəticəsində məhv olmuş 4 qəsəbəsini ziyarət ediblər. Fotoqrafın çəkdiyi fotolarda tənhalaşmış evlər, mağazalar və küçələr əks olunmuşdur. Keow Wee Loong-un sözlərinə əsasən həmin ərazilər "I am Legend” filminin çəkiliş meydançasına bənzəyir. "Bu mənim olduğum ən qorxunc yerlərdən biridir. İşıqforlar hələ də işləyir. Lakin ətrafda nə avtomobil nədəki hərəkət var” – deyə fotoqraf bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər