main-post-cover

    Futbolda çevriliş yaradacaq "Video Hakim" sistemi ilə ilk 11 metrlik cərimə zərbəsi verildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İlk dəfə FİFA Klublararası Dünya Kubokunda tətbiq edilməyə başlanan video hakim tətbiqi vasitəsi ilə ilk 11 metrlik cərimə zərbəsi də verilmiş oldu.

    Futbol qarşılaşmalarında hakimlər, istəmədən də olsa səhv qərarlar verə bilirlər - təbii ki, istəyərək də ola bilər, orasına çox da qarışmayaq. Bu səbəbdən Bir müddət əvvəl 3 hakim sistemindən 5 hakim sisteminə keçilmiş, hər iki qapının yan tərəfinə bir hakim daha əlavə edilərək xətaların minimum səviyyəyə düşürülməsi hədəflənmişdi. Lakin bir müddətdir fəaliyyətdə olan bu hakimlərin köməkliyi ilə bir qərar verildiyinə də şahid olmadıq.  Bu səbəbdən, hakimlərin aldığı səhv qərarları düzəltmələrinə şərait yaratmaq üçün ilk olaraq FİFA Klublararası Dünya Kubokunda "Video Hakim" tətbiqinə keçildi. Kashima Antlers ilə Atletico Nacional arasında oynanan yarımfinal qarşılaşmasında əvvəlcə cərimə zərbəsi pozisiyasını görməyən hakim Viktor Kassai, daha sonra özünə xəbərdarlıq edən operatorun da köməkliyi ilə meydançanın kənarına gedərək pozisiyanı videodan təkrar izlədi. Pozisiyanın faul olduğuna qənaət gətirən hakim, 11 metrəlik cərimə zərbəsi qərarı verdi.
    Milyardlarla dolların dövriyyə etdiyi bir sahə halına çevrilən futbolda ən kiçik bir xətanın belə aylarla sərf edilən əməklərin boşa getməsinə səbəb ola bildiyini düşünəcək olsaq, bu tətbiqin son dərəcə yerində olduğunu düşünürük - bəs siz necə? Bu haqqda nə düşünürsünüz?

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər