main-post-cover

    Metal Gövdəli Galaxy C5 Rəsmi olaraq təqdim olundu. (YENİ ƏJDAHA)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsungun uzun müddətdir haqqında danışılan telefonu Galaxy C5 nəyahət ki, təqdim olundu.


    Bir neçə həftə əvvəl Samsung-un yeni seriya üzərində işlədiyi barədə sizə məlumat vermişdik. Həmin məlumatla buradan tanış ola bilərsiniz. Xüsusilə orta seqment üçün hazırlanmış aşağı büdcə ilə bazara giriş edən Samsung-un C seriyası S və A seriyaları arasında qərarlaşıb. Çoxdandır haqqında məlumat və sızıntılar paylaşılan Galaxy C ailəsinin ilkin nümayəndəsi artıq təqdim olunub. Samsung, Galaxy C5 ilə, Galaxy C ailəsinin ilk üzvünü təqdim etdi. Metal gövdəsi və iPhone-a bənzərliyi ilə seçilən bu model görünür çox söz söhbətlərə səbəb olacaq.  



     
     
    Dizayn olaraq son zamanlar iPhone, Meizu kimi bir çox markalarda gördüyümüz və son olaraq OnePlus 3-ün sızıntılarında qarşımıza çıxan metal gövdə və sadə dizayna sahib olan bu cihaz 6.7mm incəliyə və 143 qram ağırlığa sahibdir.

    Texniki xüsusiyyətlərinə gəlincə isə 5.2 düyümlük Full HD Super AMOLED ekran, Qualcomm Snapdragon 617 çipseti, Adreno 405 qrafik prosessoru, gözlənilmədən gələn 4 GB RAM və 32/64 GB daxili yaddaşa sahibdir. 16 meqapiksellik f1.9 diyafraqmasına sahib arxa kamera və 8 meqapiksellik f1.9 diyafraqmasına sahib ön kamera bu modeldə yer alır.

    2.600mAh batareya, 4.5G dəstəyi, Bluetooth 4.2NFC ilə Samsung PAY dəstəklərini təqdim edən bu cihaz orta səviyyə telefonlar bazarına ciddi bir şəkildə keyfiyyət gətirəcək kimi görünür. Android 6.0.1 Marshmallow ilə qutudan çıxan Samsung Galaxy C5 iki simkart dəstəyi ilə təqdim olunub. Əgər istəsəniz ikinci sim kart girişini micro SD girişi kimi də istifadə edə bilərsiniz.

    Qiymətlərinə gəlincə isə 32 GB Samsung Galaxy C5 335 Dollar, 64 GB Samsung Galaxy C5 370 dollar olaraq satışa çıxacaq.


    Linki kopyala