Samsung bu gün Galaxy C seriyasında aid iki yeni model açıqladı. Bu modellərdən Galaxy C5 ilə bağlı məlumatları sizinlə paylaşmışdıq. İndi isə növbədə Galaxy C7 modelidir.
Bir neçə həftə əvvəl Samsung`un yeni metal gövdəli modellər üzərində işlədiyini qeyd etmişdik. Bu modellər Galaxy S və A modelləri arasında orta seqmentdə istifadə olunacaq modellər olacaqdı. Bu gün Samsung Galaxy C seriyasına aid iki yeni model təqdim etdi. Bunlardan ilki Galaxy C5 idi. Bu cihaz haqqında xəbəri buradan oxuya bilərsiniz. İndi isə Galaxy C seriyasının ikinci modeli olan C7 haqqında məlumat verək.
Bildiyimiz kimi Samsung Galaxy C seriyası metal gövdəli dizayna sahibdir. Telefonun nazikliyi 6.7 mm, ağırlığı isə 165 qramdır. Metal gövdəli cihaz qızılı, çəhrayı-qızılı, gümüş və boz rənglərə sahibdir.
Cihazın ekranına gəldikdə isə istehsalçı 5.7 düym və 1080 x 1920 FHD Super AMOLED ekrandan istifadə edib. Texniki parametrlərinə nəzər saldıqda görürük ki, Galaxy C7 modelində Snapdragon 625 prosessor (səkkiz nüvəli 2GHz CPU və Adreno 506 GPU\'lu) quraşdırılıb. Bu da cihazı olduqca güclü və sürətli olmasını təmin edir. Bununla yanaşı Galaxy C7`də 4GB RAM, 32GB\\64GB daxili yaddaş, f/1.9 diafraqmaya aralığına sahib 16MP arxa kamera, 8MP ön kamera quraşdırılıb.
Batareyasına nəzər saldıqda isə görürük ki, 3300 mAh həcmində, QuickCharge 3.0 xüsusiyyətli batareya quraşdırılıb. Telefon Android 6.0.1 əməliyyat sistemi ilə işləyir.
İyun ayında satışa çıxarılması gözlənilən Galaxy C7\'nin 32GB modeli 396 dollar, 64GB modeli isə 427 dollar olacaq.