Galaxy Note 5 və S6 Edge+ haqqında hər şey!

Galaxy Note 5 və S6 Edge+ haqqında hər şey!

Texnologiya
08.05.2017 PAYLAŞIM

Bu ilin əvvəllərində Samsung bizə öz yeniliyi hər iki kənarı əyri Galaxy S6 Edge ilə böyük bir sürpriz etmişdi. Dünən isə Samsung bizə başqa 2 yeni telefon tanıdıb. Biz də sizə Galaxy S6 Edge+ və Note 5 haqqında bilməniz lazım olan hər şeyi qısa formada təqdim edirik.


Galaxy Note 5




Ekran

5.7-inch Super AMOLED

2560 x 1440 keyfiyyətində

Prosessor

Exynos 7420

RAM

4GB (LPDDR4)

Yaddaş

32/64 GB

Kamera

16 MP arxa kamera OIS ilə

5 MP qabaq kamera

Əlaqələr

WiFi a/b/g/n/ac

Bluetooth 4.1, NFC, GPS + GLONASS

Şəbəkə

LTE cat 6 300/50

Batareya

3,000 mAh

Sürətli batareya doldurma

WPC and PMA dəstəkləyə kabelsiz batareya doldurma

OS

Android 5.1 Lollipop TouchWiz ilə

Boy

153.2 x 76.1 x 7.6mm, 171g

Rənglər

Safir qarası, İnci ağı, Qızılı və Platinium gümüşü.


İlk baxışdan Note 5 Galaxy S6`nın böyüdülmüş qardaşına oxşayır. Ancaq bu o deməkdir ki, siz S6`da qurban verdiyiniz hər şeyi burda da qurban verməli olacaqsınız. Yəni artıq nə çıxarıla bilən batareya, nə də MicroSD yaddaş kartı dəstəyi yoxdur.

 



Əvvəlki söz-söhbətlərdə telefonun Galaxy S6 kimi 128GB yaddaş verisyası ilə də gələcəyi düşünülürdü, ancaq Samsung yalnız 32 və 64GB versiyalarını təqdim edib.


Batareya isə öz köhnə qardaşı Note 4`dən biraz daha kiçikdir. Ancaq Samsung Ultra sürətli batareya yığma və kabelsiz batareya yığma kimi əlavələr ilə bu açığı bağlamağa çalışır.



Telefonda bu dəfə Samsung TouchWiz`in biraz da sadələşdirilmiş və yaxşılaşdırılmış versiyasından istifadə edib. Yəni telefonda istifadə olunmayacaq, lazımsız proqramlar və funksiyalar minimal saydadır. Ancaq təbii ki Note seriyasını digərlərindən fərqləndirən S Pen adlı ağıllı qələm üçün də bir neçə sistem dəyişiklikləri edilib.


Galaxy S6 Edge+


Bu telefon haqqında deyiləcək çox da bir şey yoxdur, belə ki, telefon sadəcə öz balaca qardaşı S6 Edge`nin biraz böyüdülmüş halıdır. Ancaq bu telefona Galaxy Note 5`in ekranının kənarları əyilmiş versiyası da demək olar. Hər iki rəy düzgündür.



Ekran

5.7-inch Super AMOLED

2560 x 1440 keyfiyyətdə, 515 ppi

Prosessor

Exynos 7420

RAM

4 GB

Yaddaş

32/64 GB

Kamera

16 MP arxa kamera OIS ilə

5 MP qabaq amera

Əlaqələr

WiFi a/b/g/n/ac

Bluetooth 4.1, NFC, GPS + GLONASS

Şəbəkə

LTE cat 6 300/50

Batareya

3,000 mAh

Ultra Sürətli batareya doldurma

WPC and PMA dəstəkləyən kabelsiz doldurma

Sistem

Android 5.1 Lollipop TouchWiz ilə

Boy

154.4 x 75.8 x 6.9mm, 153g

Rənglər

Safr qarası, İnci ağı, Qızılı və Platinium gümüşü


Hər iki telefonun qiymətləri va satışa buraxılacağı tarix haqqında çox da məlumat yoxdur, ancaq telefonlardakı funksiyalara və düzəldilmə keyfiyyətinə baxsaq Azərbaycana hardasa 700 - 1000Azeri manat symbol.svg qiymətində olacağını təxmin edirik.








Bəs siz Samsungun bu yeni telefonları haqqında nə düşünürsünüz?




DAHA ÇOX

×