Samsung cəmi bir neçə saat əvvəl özünün UNPACKED tədbirində yeni telefonları Galaxy Note 5 və Galaxy S6 Edge+ təqdim edib. Hər iki telefon böyük 5.7 inch ekrana, metal və şüşədən dizayna və hər cür istifadəçini şad edəcək xüsusiyyətlərə sahibdir.
Bir neçə dəqiqə əvvəl isə Samsung özünün yeni telefonları haqqında təqdimat videolarını öz Youtube kanalında paylaşıb. Birinci video Note 5`in dizaynı, S Pen və əyri arxa hissə kimi xüsusiyyətləri qabağa çıxartsa da, ikinci videoda Galaxy S6 Edge+`un S6 Edgedəki kimi yanları əyri ekranınına üstünlük verilib. Hər iki videoya aşağıdan baxa bilərsiniz.
Bu telefonlar haqqında daha çox öyrənmək istəyirsiniz? Onda sabah paylaşılacaq Galaxy Note 5 və Galaxy S6 Edge+ haqqında hər şey! adlı məqaləmizi oxumağı yadınızdan çıxartmayın.
Şərh yoxdur