main-post-cover

    Galaxy Note 6`nın təqdim olunacağı zaman dəqiqləşdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung'un Note seriyasının ən yeni üzvü olacaq Note 6, mobil sızıntıları çox hallarda doğru çıxan Evan Blass'ın (@evleaks) son açıqlamasına görə Avqust ayında rəsmən təqdim olunacaq.

    Firmanın Galaxy S7 ailəsinin satışda olduğu üçün qarışıqlığı önləmək məqsədilə "Note 7" adı ilə təqdim olunma ehtimalı olan ağıllı telefon, indiyə qədər olan məlumatlara görə Galaxy S7 və Galaxy S7 Edge'ə bənzəyən bi dizayn ilə qarşımıza çıxacaq. Telefonunun ekranını 5.7 düymdən 5.8 düymə çıxaracağı deyilən şirkət, kiçik ehtimal olsa da, Galaxy S7 Edge'ə bənzər maili ekrana sahib Note 6/7 Edge'i də istifadəçilərə təqdim edəcək. Galaxy Note 6/7'i Snapdragon 823 ilə gücləndirməsi gözlənilən Samsung, RAM barəsində isə böyük addım ataraq 6GB səviyyəsinə çatdıracaq.
    Kamera tərəfinə baxdıqda isə optik görüntü sabitləmə texnologiyasına sahib 12MP keyfiyyətdə arxa kamera olacağı deyilən Note 6/7, S7 ailəsi kimi suya və toza qarşı dayanıqlı olacaq. USB Type-C portuna da sahib olması gözlənilən yeni ağıllı telefon, qarşıdakı ayda bütün suallara cavab olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər