
Galaxy Note 7 avtomobilin və qarajın yanmasına səbəb oldu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bu ayın əvvəlində "Samsung” şirkəti Galaxy Note 7 flaqman smartfonlarının geri çağırılması kampaniyasına start vermişdir. Belə ki, smartfonların batareyaları hər an partlamaq təhlükəsi ilə üz-üzədir.
Məsələn bu həftə smartfon partlayaraq avstraliyalı vətəndaşa
külli miqdarda maddi ziyan vermişdir. Bu dəfə isə smartfonun bu problemindən
amerikalı vətəndaşlar da şikayət ediblər. Florida ştatı sakini Natan Dornaçeri bildirib ki, Galaxy Note 7-nin birdən-birə alışıb yanması nəticəsində onun Jeep markalı avtomobili yanaraq tamamilə yararsız hala düşüb. Natan artıq qeyd edib
ki, avtomobil onun üçün nəinki vacib idi, həmçinin avtomobil müəyyən dərəcədə
tuning olunmuşdu. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən "Samsung” artıq hadisə ilə bağlı araşdırma apararaq zərər çəkənə
əlindən gələni edəcəyini söz verib.

Bu hadisə yeganə olmayıb. Belə ki, Cənubi Karolina vətəndaşı Uvesli Hartzoq bildirib ki, Galaxy Note 7-nin alışması nəticəsində onun qarajı
yanaraq kül olub. Onun qeyd etdiyinə görə, o smartfonu şarja qoyub və övladını
məktəbdən götürmək üçün gedib. Qayıdanda isə Uvesli qarajının yandığını görüb.
Xoşbəxtlikdən hadisə zamanı heç kim zərər çəkməyib. Qeyd edək ki, "Samsung” 2
Sentyabr tarixində cihazın 35 partlayış hadisəsi ilə bağlı şikayətlərdən sonra
Galaxy Note 7-nin geri çağırılmasına qərar verib. Zərərin ödənilməsi üçün şirkət
istənilən Galaxy Note 7-ni digər model smartfonla dəyişməyi təklif edir. Lakin
bu kampaniya gələn həftə start götürəcək. Zərər çəkənlər isə bu kampaniyadan xəbərsiz
olduqlarını bildriblər. Bununla yanaşı Avstraliyanın bir neçə aviaşirkəti təyyarələrdə
Galaxy Note 7-dən istifadəni qadağan edib. Verilən məlumata əsasən cihazı təyyarəyə
keçirtmək olar. Lakin onu şarj etmək və ya ondan istifadə etmək qəti
qadağandır.

Linki kopyala
Həftənin xəbərləri

