main-post-cover

    Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiyə qədər bir çox görüntülər və məlumatlar Note 7 ətrafında fırlanırdı. Sonra isə məlumat yayıldı ki, smartfon qövslü ekranla gələcək. Lakin gələn rəsmi məlumata əsasən smartfon sadəcə qövslü ekrana sahib olmayacaq. Samsung-un rəsmi saytında qarşımıza çıxan SM-N930F model versiyasına görə şirkət təkcə qövslü Galaxy Note 7 modelini yox həm də klassik düz ekranlı Galaxy Note 7 modelini də təqdim edəcək. Bu onu göstərir ki, keçən ilki kimi iki ədəd model yəni Galaxy Note 5 və Galaxy S6 Edge Plus kimi modellər təqdim olunacaq. Lakin bu modellərdən fərqli olaraq bu cür xüsusiyyətlərə sahib smartfonların hər ikisinin adı Galaxy Note 7 olacaq. Yəni ki alıcılar öz istəklərinə görə istəsələr klassik düz ekrana və SPen-ə sahib olan Galaxy Note 7 (SM-N930F) ya da qövslü ekrana və SPen-ə sahib olan Galaxy Note 7 Edge (SM-N935G) ala biləcəklər. Galaxy Note 7 smartfonu 5.7 və 5.8 düymlü 2K super AMOLED ekrana, Exynos 8890 prossesoruna, 4GB ya da 6GB RAM-a sahib olacaq. Hələ Avqust təqdimatına qədər smartfon üzərində bir çox gücləndirmələr də aparılacaq.


    Linki kopyala