main-post-cover

    Galaxy Note 7-nin partlamasından 6 yaşlı uşaq zərər çəkdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung Galaxy Note 7 istifadəçilərinə dəfələrlə smartfonunpartlaması barəsində xəbərdarlıq edirdilər.

    Lakin buna baxmayaraq bəzi istifadəçilər smartfondan istifadə etməyə davam edirlər. Nəticədə zərər çəkənlər elə həmin istifadəçilər olur.Galaxy Note 7-nin partlamasından zərər çəkmiş növbəti şəxs Bruklin-də yaşayan 6 yaşlı uşaq olub. 6 yaşlı uşaq cihazı əlində tutaraq video izləyirmiş. Birdən smartfon onun əlindəcə partlayıb. Nəticədə uşaq yanma izlərinə görə ən yaxın xəstəxanaya çatdırılmışdır. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən xoşbəxtlikdən həmin yanıq izləri ciddi olmayıb. Onu artıq xəstəxanadan evə buraxıblar. Daha öncə "Samsung” şirkəti istifadəçiləri cihazdan istifadə etməməyə və onu ən yaxın servis mərkəzinə gətirərək digər cihaz ilə dəyişdirməyə çağırmışdı. Həmçinin smartfonun satışları da dayandırılıb. 
    Linki kopyala