Reklam
Galaxy Note 7-nin təqdimat tarixi təsdiq olunub

Galaxy Note 7-nin təqdimat tarixi təsdiq olunub

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung rəsmi olaraq təsdiqləyib ki, Galaxy Note 7 smartfonunu iPhone 7-dən daha öncə təqdim edəcək. Yeni smartfonun iki əsas xüsusiyyətinə diqqət yetirərək şirkət "Unpacked” adlı prezentasiya üçün artıq dəvətnamələri göndərməyə başlayıb. Gözlənildiyi kimi Galaxy Note 7-nin təqdimatı 2 avqust tarixində Nyu-York şəhərində baş tutacaq. Paralel olaraq London və Rio-de Janeyro şəhərlərindədə bu barədə konfranslar keçiriləcək. Qeyd edək ki, smartfonun fotoları artıq daha öncə internetdə yayılmışdır. "Unpacked” tədbirinin dəvətnaməsi smartfonun yenilənmiş stilus-a sahib olacağına işarə edir. Bundan əlavə olaraq Galaxy Note 7 gözün qüzehli qişasının skanı funksiyasına da sahib olacaq. Samsung Galaxy Note 7 iki versiyada satışa çıxarılacaq. Onlardan biri 2.3 GHz tezlikli Snapdragon 821 prosessoru, digəri isə 2.6-2.7 GHz tezlikli Exynos 8 Octa 8893 prosessoru ilə təchiz olunacaq. Smartfon 6 GB-lıq RAM-a sahib olacaq. Minimum yaddaş həcmi isə 64 GB təşkil edəcək. Bundan əlavə olaraq 128 və 256 GB-lıq versiyalar da satışa çıxacaq (microSD funksiyası dəstəklənəcək). Galaxy Note 7 2K keyfiyyətli 5.7 inç SuperAMOLED ekran, 12 MP-li arxa və 5 MP-li ön kamera, 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 6.0 əməliyyat sistemi üzərində çalışacaq. Cihazın yeni fotolarını sizlərə təqdim edirik.

 



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×