Galaxy Note 7 satışlarının bərpa olunacaq tarixi bəlli oldu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Galaxy Note 7 smartfonlarının partlamasından sonra "Samsung”, cihazların satışlarını dayandırmışdı. Bir çoxlarını maraqlandıran sual isə Galaxy Note 7 satışlarının nə zaman bərpa olunacağıdır.
Rəsmi məlumata əsasən "Samsung” şirkəti Galaxy Note 7smartfonlarının satışlarını öz doğma Koreya bazarında 28 Sentyabr tarixində bərpa
edəcək. Qeyd etmək lazımdır ki, cihazların satışları 2 Sentyabr tarixində
dayandırılmışdır. Galaxy Note 7 cihazlarının geri çağırılması prosesi şirkət
üçün əsl baş ağrısına çevrildi. Şirkətin verdiyi məlumata əsasən problemli
batareyaya sahib 2.5 milyon Galaxy Note 7 satılıb. Həmdə şirkət onu da qeyd
edib ki, smartfonların satışlarının Koreya bazarından əlavə digər ölkələrdə bərpa
olunması həmin yerli bazarın xüsusiyyətlərindən asılı olacaq. Məsələn Avsctraliyada
Galaxy Note 7 Oktyabr ayının əvvəlində yenidən satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)