main-post-cover

    Galaxy Note 7\'nin Kiçik Amma Vacib 8 Funksiyası

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Təhlükəsiz Qovluq Yaratma


    Android sistemlərdə adətən əlavə tətbiqlər vasitəsilə mümkün olan təhlükəsiz qovluq yaratma funksiyası Galaxy Note 7-in diqqət cəlb edən funksiyalarından biridir. İstifadəçilər şəxsi qovluqlarını və fayllarını təhlükəsiz qovluq içərisində saxlayaraq başqa insanların görməsinə mane ola bilər. Təhlükəsiz qovluğu açmaq üçün telefonun kilitləmə funksiyalarından hər hansı birini istifadə etmək mümkündür. 

    Ekran Keyfiyyətini Aşağı Salmaq


    Batareyanın uzun ömürlülüyünü artırmaq üçün vacib bir funksiyadır. Yüksək keyfiyyətli ekranların batareyaya mənfi təsir göstərdiyini bilirik. Ancaq QUAD HD keyfiyyətli ekrana sahib olan Galaxy Note 7-in ekranını HD və Full HD keyfiyyətlərdə istifadə edərək batareya istifadə vaxtını çox daha uzatmaq mümkündür.
     

    Su altında işləyə bilən ağıllı qələm 


    Galaxy Note 7-in təqdim olunmuş ağıllı qələmi (S-Pen) həm sistem, həm də funksionallığı baxımından mühüm yeniliklərə imza atıb. S-pen də öz növbəsində Galaxy Note 7 kimi IP68 sertifikatına sahibdir. Yaş ekranda da işləyən yeni S-Peni su altında da istifadə edə bilərsiniz.
     

    HDR Video Köçürmə


    Galaxy Note 7-in ekranı HDR dəstəyi ilə gəlir. HDR məzmunların istifadəsi üçün özəl bir prosessorla təmin olunan Galaxy Note 7-də HDR məzmunlu videolara baxmaq və yadda saxlamaq mümkündür. Həmçinin çəkilən videoları HDR dəstəkləyən TV-lərə də göndərə biləcəksiniz.
     

    S-Pen ilə GIF hazırlamaq


    Sosial Media-dan sıxlıqla istifadə edənləri həyəcanlandıran bir funksiya olduğunu deyə bilərik. Galaxy Note 7-də ekranda reallaşdırdığınız hər hansı bir əməliyyatı və ya videonun hər hansı bir hissəsini GIF formatında yadda saxlaya bilərsiniz.
     

    Mavi İşıq Filtri 

     


    Bu funksiya da Androiddə əvvəllər əlavə tətbiqlər vasitəsilə mümkün olurdusa da Galaxy Note 7 modelində hazır funksiya olaraq gəlir. Xüsusilə telefonu gecələr sıxlıqla istifadə edənlər üçün mavi işıq filtri göz sağlığı nöqtəsində mühüm bir qoruma təmin edir.
     

    microUSB çevirici


    Galaxy Note 7, USB Type-C girişinə sahib olan ilk Samsung telefonudur. Ancaq Samsung bununla yanaşı telefona bir də microUSB çeviricisi əlavə edib.
     

    Simgə (icon) Paketi Dəstəyi 


    Mövzu dəyişmə funksiyası uzun bir vaxtdır ki Galaxy smartfonları üçün mühüm bir sistem funksiyasıdır. Galaxy Note 7 ilə birlikdə bu funksiyaya simgə paketləri də əlavə edilir. Galaxy Note 7-də artıq menyu simgələrini dəyişdirə biləcəksiniz.
    Linki kopyala