drzeka zeka kartları

Galaxy S7 ailəsi üçün Android 7.0 Nougat yenilənməsi gəldi!

08.05.2017 0 PAYLAŞIM 5810 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung, Galaxy S7 və S7 Edge ağıllı telefonları üçün gözlənilən "Anroid 7.0 Nougat” yenilənməsi ilk beta istifadəçiləri üçün paylaşıldı.

Nəhayət ki, Samsung Galaxy S7 və Galaxy S7 Edge ağılllı telefonları üçün gözlənilən "Android 7.0 Nougat” yenilənməsinin yayımına başlanıldı.

Galaxy S7 ağıllı telefonları Andorid 7.0-a qovuşdu.

"Samsung” tərəfindən Galaxy S7 və S7 Edge modelləri üçün 17 yanvar tarixində paylaşılması gözlənilən rəsmi "Android 7.0 Nougat” yenilənməsi ilk olaraq beta istifadəçiləri üçün çıxışını reallaşdırdı. Beta istifadəçiləri üçün təxminən 215 MB fayl ölçüsü ilə gələn yenilənmə, digər istifadəçilərə isə təxmin edəcəyiniz kimi daha böyük fayl ölçüsündə paylaşılacaq. Beta versiyası istifadə etməyənlər üçün mobil operatorların yenilənməni nə vaxt paylaşacağı haqqında hələki məlumat yoxdu, ancaq bunun çox yaxında həyata keçəcəyinə inana bilərik.

 

Samsung, Android Nougat yenilənməsiylə ən az 12 yenilik istifadəyə verəcəklərini vurğulayarkən "Samsung” da olan tətbiqlər üçün qısayollar, çoxlu pəncərə modu, müxtəlif performans modları və daha cox istifadə edə bilmə imkanı, bildiriş xüsusiyyətləri, sürətli nizamlama, istifadəçi interfeysi irəli çıxan detallar arasında yer aılır.

Problemsiz bir yeniləmə üçün diqqətli olmağınızı və ağıllı telefonunuzu şarjda saxlamağınızı unutmamağı tövsiyə edirik.