Gələn həftə baş tutacaq Mobil Dünya Konfransında hər kəs həyəcanla Samsung\'un yeni flaqman modellərinin təqdimatını gözləyir. Təqdimata qədər sızıntılar şəklində Galaxy S7\'nin bütün məlumatlarını və şəkillərini əldə etməyimizə baxmayaraq rəsmi təqdimatı biz də 4 gözlə gözləyirik.
Son olaraq dünən təqdimat videosunun sızdırılması ilə sızmanın pik nöktəsinə çatan Galaxy S7 və S7 Edge bu dəfə sızıntıdan betər bir hadisə ilə qarşımıza çıxır. Belə ki, təqdimatına sayılı günlər qala Galaxy S7 online ticarət mağazalarında satışa çıxarılıb.
Dubay online ticarət mağazı olan Dubizzle üzərindən 1 gün müddətində Galaxy S7 satışa çıxarılıb. 1 gün sonra satışdan çıxarılmasına baxmayaraq elandan Galaxy S7\'nin qutusu və dizaynı açıq-aşkar görünür. 1 gün sonra yığışdırılmasına baxmayaraq sözügedən elan, görünən odur ki, sahibinin və ticarət mağazasının başına bəla olacaq.
Qutunun daxilinə nəzər saldıqda sol üst hissədə enerji toplayıcı adapter, sağ hissədə qulaqlığın olduğu qutu, aşağı hissədə usb bağlayıcı yanında isə böyük ehtimalla digər cihazları enerji ilə təmin etmək üçün kiçik avadanlıq yer alır.
Şərh yoxdur