Galaxy S7 seriyası rəsmi olaraq təqdim olundu!

Galaxy S7 seriyası rəsmi olaraq təqdim olundu!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

MWC 2016 tədbirində bütün dünyanın maraqla gözlədiyi cihazlardan biri də tanıdıldı.
Samsung uzun müddətdir adından danışılan yeni flaqman telefonları Galaxy S7 və Galaxy S7 Edge modellərdini rəsmi olaraq təqdim etdi.

Əvvəldən də sızdırılan görüntülərdə telefonların dizayn olaraq əvvəlki model Galaxy S6 seriyasına bənzədiyini qeyd etmişdik. Texniki göstəricilərə görə də onlar arasında böyük fərq yoxdur.

SON DƏQİQƏ! GALAXY S7 SERİYASI RƏSMİ OLARAQ BƏYAN OLUNDU!!!

Telefonların sahib olduqları xüsusiyyətlərə baxdıqda görürük ki, sızdırılmış məlumatlar bizi yanıltmayıb. Gözlənildiyi kimi Galaxy S7 və S7 Edge Snapdragon 820 və Exynos 8890 olmaqla 2 fərqli çipsetə sahibdir. Bu iki fərqli model Samsung\'un satış həyata keçirdiyi bazara görə dəyişəcək.
 
Digər texniki göstəricilər isə belədir;

5.1 düym 2560 x 1440, 577ppi QHD Super AMOLED ekran ( Galaxy S7 Edge\'də 5.5 düym ekran)
4GB RAM
12MP dual piksel OIS arxa, 5MP ön kamera
32GB yaddaş (microSD ilə 200GB\'a qədər artırıla bilinir)
3,000 mAh batareya (S7 Edge 3600mAh)
micro-USB girişi
Sürətli şarj və naqilsiz şarj xüsusiyyəti
One-Touch barmaq izi sensoru
IP68 su və toz keçirməzlik sertifikatı
Bluetooth 4.2, Wi-Fi 802.11

 
\'\'Quick Access\'\' xüsusiyyəti ilə S7 Edge\'də qıvrım kənarlar çox daha funksional hala gətirilib. Proqramlara keçid, Quick Access ilə daha sürətli və şəxsiləşdirilmiş olacaq. Əlavə olaraq LG G5\'dəki kimi telefonun ekranında da saat, tarix və bildirimləri davamlı olaraq görə biləcəyiniz Always On modu var.



 
Galaxy S7, kamerası ilə də olduqca iddialıdır. Galaxy S7, 12MP kameraya sahipdir, amma dual pixel xüsusiyyəti ilə kameranın keyfiyyəti ciddi şəkildə artırıblar. S7\'nin prosessor performansı S6\'dan 30.4% daha çoxdur. Telefonların isinməsinə gəldikə isə peyk və roketlərdə istifadə olunan yeni soyutma sistemi quraşdırılıb. Vulkan API dəstəyi ilə oyun performansı ən üst səviyyəyə çatdırılıb. Bundan başqa oyun oynayarkən telefonun bütün xüsusiyyətlərini də idarə edə bilirsiniz. (zəng rəddetmə, arxa plan proqramlarını bağlama və s).

 
Mobil oyun barədə də iddialı olan Samsung, ön sifariş verən hər kəsə kiçik bir sürpriz edəcək. 11 martda sifarişə açılacaq S7 və S7 Edge\'i sifariş edən istifadəçilərə Gear VR hədiyyə ediləcək.

 
 
 
Samsung, demək olar ki, eynən LG\'nin G5 aksesuarı olaraq təqdim etdiyi 360 CAM bənzəri, 360 dərəcə video çəkiliş edə biləcəyiniz Gear 360 adlı kemarasını da təqdim etdi. Galaxy S7 ilə əlaqə qura biləcəyiniz Gear 360 ilə çəkdiyiniz videoları telefonunuzdan birbaşa olaraq sosial şəbəkələrdə paylaşa bilərsiniz. Gear 360\'da 30MP bir kamera istifadə olunub.


 
Tədbirin bir digər sürpriz məqamı da var. Facebook qurucu və CEO\'su Mark Zuckerberg, Samsung ilə Facebook arasında olan işbirliyini də elan etdi.
 
Cihazlar üçün hələlik verilən tarix 11 Martdır. Bu tarixdə cihazlar ön sifarişə çıxacaq. Amma qlobal bazara nə vaxt və hansı qiymətə təqdim olunacağı hələlik bilinmir. Ölkəmizdə Galaxy S7 seriyasının isə 1200-1800 manat arasında olmasını gözləyirik.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×