Samsung Galaxy S7 haqqında məlumatlar gəlməkdə davam edir. Təqdimatına sayılı günlər qalan Samsungun flaqman modelinin real görüntüləri medianın güdəminə düşüb.
Samsung istifadəçilərinin həvəslə gözlədiyi Samsung Galaxy S7 və S7 Edge haqqında məlumatlar media\'da sızmaqda davam edir. Çox güman ki, bu dəfə artıq sonuncu sızıntıdır. Mobil telefon bazarı sızıntılarla dolu olan ən böyük sektorlardan biri olduğu üçün iri firmalar məhsullarını heç cür gizli saxlaya bilmirlər. Vəziyyət o dərəcəyə çatır ki, telefon təqdim olunan ana qədər artıq media nümayəndələri və istifadəçilər telefon haqqında kifayət qədər informasiyaya sahib olurlar.
Bir neçə dəfə render şəkilləri paylaşılan Samsung Galaxy S7, bu dəfə canlı olaraq görüntüləndi. @HongQuang adlı bir nəfər sözü gedən telefonun şəkillərini paylaşıb.
Ümümi görünüşdə isə Galaxy S7 sələfindən heç də fərqlənmir. Galaxy S7 smartfonun təxmini parametrləri aşağıdakı kimidir:
- 143.4 x 70.8 x 6.9mm ölçülər.
- 5.1 düyüm böyüklüyündə zərbəyə davamlı Quad HD keyfiyyətə sahib olan Super Amoled ekran.
- Snapdragon 820/Exynos 8890 prosessor
- 4 GB RAM, 32 GB/64 GB daxili yaddaş və micro SD dəstəyi.
- 16MP arxa və 5MP ön kamera.
- Android 6.0 və yeni nəsil TouchWiz
- 3000 mAh batareya gücü.
Şərh yoxdur