Galaxy S8 bir ilkə imza ata bilər!

08.05.2017 0 PAYLAŞIM 5202 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung-un hər kəs tərəfindən maraqla gözlənən Galaxy S8 modeli ilə bağlı xəbərlər gəlməkdədir. Galaxy S8-də yer alacaq funksiyalar arasında Bluetooth çipi haqqında da məlumat öz əksini tapıb.

Gələn ilin ilk rübündə rəsmi olaraq tanıdılması gözlənən Galaxy S8, Samsung üçün olduqca vacib xarakter daşıyır. Son dövrlər Galaxy S8 ilə bağlı bir çox iddia ortaya çıxıb. İndi bu iddialar arasında yeni biri də yer alacaq. Son verilən məlumatda telefonun Bluetooth dəstəyi ilə bağlı vacib məlumat əks olunub. Əgər iddialar doğru olarsa, Galaxy S8 dünyada bir ilkə imza ata bilər. Bu yeniliyi telefona ilk inteqrasiya edəcək şirkət isə Samsung ola bilər.
 
Galaxy S8-də yüksək sürət vəd edən Bluetooth 5 ilə təmin olunacaq. Bu isə sürət məsələsində öz sələfinə görə 4 qat daha güclü olacağı mənasına gəlir. Bu yenilik son dövrün texnoloji trendi olan IOT (Əşyaların internetləşdirilməsi texnologiyası) üçün olduqca vacib rol oynayır. Sızdırılan məlumatın nə dərəcədə doğru olacağı isə şirkət tərəfindən təstiqini tapmayıb.