main-post-cover

    Galaxy S8-i hissələrə ayırıb partlamaya qarşı testdən keçirtdilər (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hamını ən çox maraqlandıran sual ondan ibarətdir ki, Galaxy S8 də, Galaxy Note 7 kimi partlayacaq mı?

    Bunu öyrənmək üçün What’s InsideJerryRigEverything adlı YouTube kanallarının müəllifləri maraqlı bir video hazırlayıblar. İlk öncə Galaxy S8-i hissələrə ayırıb daha sonra iti elektrik alət ilə onu mişarlayıblar. Bir neçə snaiyədən sonra smartfonun batareya hissəsindən tüstü çıxmağa başlayıb və partlama qorxusu ucbatından hamı smartfondan uzaqlaşıb. Ardını görmək üçün isə aşağıda təqdim olunmuş videoya baxmaq kifayətdir.
     
    Beləliklə demək olar ki, Galaxy S8-in batareyası kənar müdaxilələrə qarşı çox dözümlüdür. Lakin bu o demək deyil ki, batareya tamamilə təhlükəsizdir. Görünür "Samsung” şirkəti batareyanın üzərində yaxşı çalışıb. Buna baxmayaraq şirkətə inamını itirmiş pərəstişkarları yenidən qazanmaq üçün bu kifayət edəcəkmi?
    Linki kopyala