main-post-cover

    Galaxy S8-in ekranı necə olacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məlumatlara əsasən "Samsung” şrkəti istifadəçilərin xahişlərinə əsasən Galaxy S8 modellərinin ekranlarını daha böyük edəcək.

    Bu cür qərar Galaxy Note 7smartfonunun bazardan geri çəkilməsini kompensasiya edir. Məlumatlara əsasən gələn ilin Aprel ayında satışa çıxacaq Galaxy S8Galaxy S8 Edge smartfonları 5.7 və 6.2 inç ekranlarla təchiz olunacaq. Daha əvvəl güman olunurdu ki, yeni smartfonlar 5.1 və 5.5 inç ekrana sahib olacaqlar. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən mütəxəssislərin fikrincə yeni cihazlar ilk öncə fablet alıcıları üçün nəzərdə tutulur. Fabletlər adi smartfonlardan böyük, planşetlərdən isə kiçikdirlər. Bununla yanaşı Galaxy S8 və Galaxy S8 Edge cihazlarının korpus ölçüləri əvvəlki modellərdəki kimi olacaq. Ekran, cihazın ön panelinin bütün hissəsini tutacağı hesabına böyüyəcək. Ənənəvi "Home” düyməsi yoxa çıxaraq sensorlu variantı ilə əvəz olunacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər