main-post-cover

    Galaxy S8+, iPhone 7 Plus-a qarşı. Batareyalardakı enerji sərfiyyatı testi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur Phone Arena mənbəsi müxtəlif şirkətlətin flaqman smartfonlarının batareyalarındakı enerji tutumu barədə test keçirdib.

    Testlər adi rejimdə keçirilib. Təcrübədə həmçinin yeni təqdim olunmuş Samsung Galaxy S8+ da iştirak edib. Adi Galaxy S8, testdə iştirak etməyib. Bunun səbəbini isə Phone Arena bildirməyib. Ən yaxşı nəticəni iPhone 7 Plus göstərib. Belə ki, onun avtonom rejimdə çalışma müddəti 9 saat 5 dəqiqə təşkil edib. İkinci yerdə Samsung Galaxy S8+ (8 saat), 3-cü yerdə iPhone 7 (7 saat 47 dəqiqə), 4-cü yerdə Huawei P10 (7 saat 42 dəqiqə), 5-ci yerdə Google Pixel XL (7 saat 19 dəqiqə), 6-cı yerdə Galaxy S7 Edge (7 saat 18 dəqiqə), 7-ci yerdə Galaxy S7 (6 saat 37 dəqiqə), 8-ci yerdə isə OnePlus 3T (5 saat 41 dəqiqə) qərarlaşıb. Bu testdə niyə iPhone 7 Plus, yeni təqdim olunmuş Galaxy S8+ modelinə qalib gəlib? Galaxy S8+ modelinin çipi (test, Exynos 8895 versiyalı çipə sahib model üzərində aparılıb) 10 nanometrlik prosessor üzərində qurulub və buna görə də enerji sərfiyyətı baxımından daha effektivdir. Məhz bu səbəbdən enerji sərfiyyatı barəsində sözügedən çip, iPhone 7 Plus-da olan Apple A10 çipindən geri qalır. Burda həmçinin ekran ölçüsünü də qeyd etmək lazımdır. Belə ki, Galaxy S8+, 6.2 inç, iPhone 7 Plus isə 5.5 inç ekrana sahibdir. Nəticədə Galaxy S8+ daha çox enerji sərf edərək batareyadakı enerji tutumu performansını aşağı salır.
    Linki kopyala