main-post-cover

    Galaxy S8 və S8+ modellərinin təmir olunma mümkünlüyü qiymətləndirildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur iFixit portalının mühəndisləri yeni Galaxy S8 və S8+ modellərinin təmir olunma çətinliyini qiymətləndiriblər.

    Yaxşı xəbər ondan ibarətdir ki, keçən il təqdim olunmuş Galaxy S7S7 Edge modellərindən fərqli olaraq bu ilki flaqman smartfonların təmir olunması bir qədər daha asandır. Qeyd etmək lazımdır ki, iFixit mühəndisləri, keçən ilki Galaxy S7 və S7 Edge modellərinin demək olar ki, təmir olunmasının qeyri-mümkünsüz olduqlarını qeyd etmişdilər. 10 ballıq qiymətləndirmə sistemi ilə iFixit mühəndisləri, Galaxy S8S8+modellərini 4 xala layiq görüblər. Keçən ilki modellər isə 3 xal almışdılar. Galaxy S8 və S8+ nəinki xarici görünüşcə, həmdə daxildən bir-birilərinə çox bənzəyirlər. Smartfonlardakı korpusun daxilində olan kley miqdarının çox olmasından təmir zamanı həmin korpusların açılması qəlizləşir. Smartfonun daxili komponentlərdən çoxunu bir-birindən asılı olmayaraq əvəz etmək olar. Lakin batareyanı çıxartmaq da qəlizdir. Ön paneldəki şüşəni isə əyilmiş formada olan ekranı zədələmədən ayırmaq qeyri-mümkündür.

    Linki kopyala