main-post-cover

    "Game of Thrones"-un 7-ci sezonunun nə vaxt çıxacağı bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    HBO programming-in prezidenti Casey Bloys bildirib ki, "Game of Thrones” teleserialının 7-ci sezonunun çəkilişləri bu yay fəslinin sonunda start götürəcək. Çəkilişlər əsasən Şimali İrlandiya, İspaniya və İslandiya-da baş tutacaq. 7-ci sezonun çıxış tarixinə gəldikdə isə o 2017-ci ilin yay fəslində izləyicilərə təqdim olunacaq. Bloys qeyd edib ki, serialın bir qədər gec təqdim olunmasının əsas səbəbi çəkilişlər üçün uyğun olan soyuq hava şəraitinin gözlənməsidir. Belə ki, serialın özündə qış artıq gəlib çıxıb. Nəticədə yeni sezonun premyerası yazda deyil yayda baş tutacaq. Qeyd edək ki, "Game of Thrones” artıq 3-cü dəfədir ki, "Emmy” televiziya mükafatında rekord sayda nominasiyaya (23) laiq görülüb. Bu ilki "Emmy” mükafatının təqdimetmə mərasiminə serialın bir çox aktyorları müxtəlif nominasiyalarda namizədlər arasındadır. Serialın özü isə "Ən yaxşı dram serialı” nominasiyasında əsas namizədlərdən biridir. 
    Linki kopyala