main-post-cover

    "Game of Thrones"-un neçənci sezonla yekunlaşacağı bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Game of Thrones” serialı 8-ci sezonla yekunlaşacaq. Bunu HBO programming-in yeni prezidenti Casey Bloys deyib. "Mən düşünürəm ki, serialın rejissorları D.B Weiss və David Benioff sezonların sayı barəsində müəyyən plan üzrə gedirlər. Əgər mən onlara necəsə təsir edə bilsəydim onda 10 sezonun olmağını məsləhət görərdim. Lakin biz istəyirik ki, onlar istədikləri kimi qərar qəbul edərək serial üçün yaxşı olan yolu seçsinlər” – deyə Casey Bloys bildirib. Qeyd edək ki, rəsmi olaraq artıq bilinir ki, gələn ilin yay fəslində təqdim olunacaq 7-ci sezon 7 epizoddan ibarət olacaq. Bloys onu da qeyd edib ki, hələ məlum deyil ki, 8-ci sezon neçə epizoddan ibarət olacaq. Həmçinin serialın spin-offu barəsindədə bir neçə söz deyilib. "Biz hələki müzakirə prosesindəyik. Mən və digərləri təbii ki, spin-offun əleyhinə deyilik. Lakin o yaradıcılıq nöqteyi nəzərdən məna daşımalıdır” – deyə Bloys qeyd edib. "Game of Thrones” HBO-nun ən məşhur serialıdır. Bir neçə müddət bundan qabaq sona çatmış 6-cı sezonu 25 milyona yaxın izləyici izləmişdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər