main-post-cover

    "Gamebuy.az" saytının biznes modeli nəyin üzərində qurulub? (ANALİZ)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Azərbaycan bazarında oyun sektorunda fəaliyyət göstərən "gamebuy.az" - online oyun alışı saytı hansı biznes model üzərində qurulub?

     
    Layihə bazar problemi olaraq 13-18 yaş arası insanların bank kartlarının olmaması və xarici oyun alışı saytlarından alış-veriş etməməsi imkanının olmamasını görüb. Bu problemdən yola çıxan layihə həll olaraq real pul ödənişi terminallarından ödəniş etməklə istifadəçilərinə oyun almaq imkanını yaradır. Oyunçular terminallar vasitəsilə ödəniş etməklə, saytdan istədikləri oyunları əldə edə bilərlər.

    "Gamebuy.az" - "similarweb" statistikalarına görə aylıq 10.000 istifadəçi kütləsinə malikdir. Azərbaycanda oyun oynayan kütlənin azlığını nəzərə alsaq bu statistikanı normal dəyərləndirmək olar. Lakin, əsas məsələ bu 10.000 nəfərin hansı hissəsinin alış əməliyyatını həyata keçirməsidir. Bundan əlavə saytda "Minecraft""PointBlank" oyunlarına xüsusi yer verilməsi saytın kütləsini artıran və əsasən 14-16 yaşlı uşaqları cəlb edən əsas amildir.



     
     
    Dizayn baxımından hədəf kütləyə uyğun sadə, rəngli (gaming), və məlumatlı bir interfeys təqdim edən "GameBuy" bu baxımdan işinin öhdəsindən yaxşı gəlib.

    Əsas xidmətlər:
    - Kompüter oyunlarının satışı 
    - Minecraft paketlərinin satışı
    - Hədiyyə kartlarının satışı
    - Oyun daxili ödənişlər

    Son olaraq sayta virtual master kartların satışı da əlavə olunub.


    Biznes model nədən ibarətdir?

    Saytın əsas qazanc mənbəyi oyunların satışından tutulan komissiyalardır. Asan dildə desək oyunları başqa saytlardan alıb, müəyyən fazi üzərinə qoymaqla yenidən satışını təşkil etməkdir. Belə bir vəziyyətdə istifadəçilərin Steam, Origin və s. saytlardan yox "Gamebuy.az"-dan oyunları almasının səbəbi yalnız və yalnız ödəniş sistemidir. Digər hədiyyə kartları və oyun daxili ödənişlər də bu prinsiplər əsasında işləyir. Belə bir vəziyyətdə əgər sual olunsa ki, niyə Steam-da CS GO oyunu 9.99 dollar indi ki, məzənnə ilə 15 manat olduğu halda, "Gamebuy.az" saytında bu 10 manat 78 qəpikdir.


     

    Bunun əsas səbəbi sadədir. Çünki, "Gamebuy" oyunları nə Steam nə də birbaşa podratçılardan alır. Böyük ehtimalla Gamebuy-ın əsas oyun bazası "plati.ru"-da olan oyunlardır. Əksər oyunların "plati.ru" saytında ucuz olmasının səbəbi isə olduqca maraqlıdır. Belə ki, "plati.ru" saytında satıcı qismində olan insanlar Steam endirimləri zamanı oyunları külli miqdarda aşağı qiymətə alır və il ərzində həmin oyunları satırlar. Daha bir sual ola bilər ki, əgər Steam endirimləri olursa niyə "Gamebuy" elə özü bu endirimlər vaxtı oyunları almır? Bu sualın əsas cavabı isə ondan ibarətdir ki, Steam-in Rusiya və MDB bazarına verdiyi endirimlər fərqlidir. Əslində Rusiya bazarı üçün endirimlər daha çox olur nəin ki, MDB. Belə olmasının əsas səbəbi isə, Rusiya bazarında piratçılığın geniş yayılmasıdır və Steam bunu həvəsləndirmə məqsədilə edir. CS GO oyununun "plati.ru" qiymətinə nəzər salsaq, təxminimizin doğru olduğunu görə bilərik. Belə ki, eyni oyun həmin saytda 7 AZN-dir.

    Lakin bütün bunlara baxmayaraq "Gamebuy.az"-ın atdığı addım doğrudur, çünki adamlar bu qiymətin qarşılğında keyfiyyətli xidmət verirlər. Ödəniş üsulu, dəstək və konsultasiya, Azərbaycan dilində sayt və s. Hər bir oyundan 2 AZN də olsa qazanmaq düşünürük ki, haqqlarıdır.

    Potensial Kütlə

    Nəzərə alsaq ki, "Gamebuy.az" istifadəçilərinin əksər hissəsi az yaşlılardır o zaman belə bir nəticəyə gəlmək olar ki, "Gamebuy.az" biznes modeli böyük qazanc gətirəcək bir model deyil. Azərbaycanda oyun oynayan kütlənin az olması, yuxarı yaşlı təbəqənin bank kartlarına sahib olması və alışları beynəlxaq saytlardan etməsi "gamebuy.az" saytının çox dar bazara xidmət göstərməsini ortaya qoyur. Layihənin qlobal bazara çıxmasını gözləmək isə çətin məsələdir. Bunun üçün iri oyun şirkətləri ilə müqavilə bağlamaq və oyunların rəsmi satışlarının lisenziyasını almaq lazımdır. Oyun şirkətləri isə əsasən bu lisenziyaları SteamOrigin kimi iri təbii yaranan monopolistlərə verir.
    Son olaraq ümumi dəyərləndirsək, az danışıb çox iş görən layihə kimi "Gamebuy.az" saytı yaxşı və keyfiyyətli xidmət təqdim edir. Ən əsası isə dar bazarda olsa belə, bir problemi həll etməyi bacarır. Əgər sizin də bank kartınız yoxdursa və rahat bir şəkildə oyun əldə etmək istəyirsinizsə "Gamebuy.az" saytından faydalana bilərsiniz.
    Ətraflı məlumat üçün: www.gamebuy.az


     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər