Azərbaycanının məşhur oyun və əyləncə portalı GamesAP fəaliyyətini dayandırdı.

Azərbaycanının məşhur oyun və əyləncə portalı GamesAP fəaliyyətini dayandırdı.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2012-ci ildə fəaliyyətinə başlayan GamesAP 4 yaşını qeyd etdiyi gün 20 fevral tarixində fəaliyyətini dayandırdı.

Qısa bir zamanda azərbaycanlı gamer\'lərin sevimlisi olan GamesAP 4 illik böyük bir fəaliyyətin sonrasında fəaliyyətini dayandırıb. 4 il ərzində Azərbaycanda video oyun sektorunda böyük yeniliklər edən və orginal oyun mədəniyyəti formalaşdıran bu qurum işinin başa çatdığını elan edərək fəaliyyətinə son verib. Bu barədə qrumun rəsmi facebook səhifəsində qeyd olunur:

Bu gün "GamesAP Entertainment”-in yaradılmasından 4 il keçir. Geridə qoyduğumuz bu dövr ərzində fəaliyyət istiqamətlərimizə uyğun işlər görülmüş və nailiyyətlər əldə edilmişdir. Azərbaycanda oyun və texnologiya sahəsinə yeniliyin gətirilməsi və adıçəkilən sahədə çevik paylaşımların edilməsi mümkün olan bir mətbuat sisteminin qurulması məqsədləri nəzərə alınaraq yaradılmış "GamesAP Entertainment”, fəaliyyət göstərdiyi dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirmişdir.

Azərbaycanda video-oyun və digər proqram təminatı sahələrində pirat məhsullardan geniş istifadə edildiyi vaxtda gənclərin oyun və texnologiya sahəsinə olan maraqlarının artırılması və cəmiyyətin video-oyun və digər sahələrdə pirat məhsulların istifadəsindən çəkindirilməsi prinsiplərini rəhbər tutan "GamesAP” qısa zaman ərzində buna nail olmuş və lisenziyalı məhsulların təbliğini daima həyata keçirmişdir. Azərbaycanda belə bir oyun cəmiyyətinin yaradılmasında ilk addımı atan "GamesAP” istəyinə nail olmuş, özünəməxsus prinsiplərini və qaydalarını daima rəhbər tutmuşdur.



Gənclərin öz maliyyə vəsaitləri və zəhmətləri hesabına yaradılmış "GamesAP” sizlərin də bildiyi kimi daim birinciliyi və özünəməxsusluğunu qoruyub saxlamışdır. "GamesAP” tərəfindən görülən işlər və nailiyyətlər cəmiyyətdə də öz müsbət təsirini göstərmişdir. Belə ki atılan addımlardan həvəslənən bir çox gənc "GamesAP” kimi bir sistemin qurulmasından həvəslənmiş, müxtəlif adlarda oyun və texnologiya sahəsinə aid olan fəaliyyətlərə başlamışdır.


Gəlin "GamesAP”-ın fəaliyyət göstərdiyi dövr ərzində gördüşü işlərə qısa nəzər salaq:

2012-ci il, Birinci mərhələ - Oyun xəbərləri:
GamesAP (Games Azerbaijan Page) adı altında ilk facebook səhifəsi yaradıldı. Paylaşılan xəbərlərin maraqlı və geniş əhatəli olmasına baxmayaraq göstərilən maraq və diqqət kifayət qədər deyildi. Oyun və texnologiya sahəsində bu tip xəbərlərin geniş yer almasına alışmayan cəmiyyətin olduğu nəzərə alınaraq "GamesAP” öz fəaliyyətini davam etdirdi.


2012-ci ilin ikinci yarısı, İkinci mərhələ - "GamesAP Forum”-un yaradılması:
Üzvlərinin rəy və təkliflərini daima dəyərləndirən "GamesAP”, forum qurulması istəklərini nəzərə alaraq facebook sosial şəbəkəsi üzərindən qrupun yaradılmasını həyata keçirdi. Oyun və texnologiya həvəskarlarından ibarət olan "GamesAP Forum” həm "Gaming cəmiyyəti”-nin yaradılmasına, həmçinin də oyun və texnologiyaya maraq göstərən insanların bir-birilərini tanımasında rol oynamışdır.


2012-ci ilin üçüncü yarısı, Üçüncü mərhələ - Lisenziyalı video oyun anlayışı:
2012-ci ilə qədər Azərbaycanda lisenziyalı video oyun anlayışının olmadığını qeyd etmək mümkündür. Pirat məhsulların geniş yer aldığı zamanda "GamesAP” bu istiqamətdə ilk addımı ataraq lisenziyalı oyunların cəmiyyətdə geniş yer alması üçün əlindən gələni etmiş və nail olmuşdur. "GamesAP” idarə heyətinin üzvləri ilk əvvəl "Battlefield 3” oyunu komanda şəklində oynayaraq oyundan paylaşımlar edib gənclər arasında həvəs oyatmağa çalışmış, lisenziyalı məhsulların üstün cəhətlərini qeyd etmişdir. Piratçılığın hər bir ölkədə eləcə də Azərbaycanda cinayət olduğunu və həmin məhsulun müəllifinə həm maddi həm də mənəvi böyük zərər vurduğunu nəzərə alaraq pirat məhsulların hazırlanması, yayılması və satışından mümkün qədər çəkinmək və ətrafı mühiti çəkindirmək lazımdır. "GamesAP” bu proyekt ilə məqsədinə çatmış, gənclərin bu sahədə düşüncələrini yönləndirərək qanuni yolla tənzimlənən istiqamətə çevirmişdir. "GamesAP” idarə heyətinin üzvləri öz maddi imkanları hesabına "GamesAP Forum”-da da lisenziyalı oyunları təmənnasız olaraq dəfələrlə paylaşmış, heç bir zaman lisenziyalı məhsul istifadə etməyən video oyun həvəskarlarına ilk hədiyyəsini etmişdir. Qeyd edək ki piratçılıq və müəllif hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsində 50 və 205-ci maddələrlə, Cinayət Məcəlləsində 165-ci maddə ilə tənzimlənir. "GamesAP Forum”-da pirat məhsulları paylaşımı və müzakirəsi qadağan olunduğu kimi bu sahədə hər zaman qanunlarımıza və müəllif hüquqlarına hörmətlə yanaşılması rəhbər tutulmuşdur.


2013-cü il - Dördüncü mərhələ - Video oyun və texnoloji sərgilərin ziyarəti:
"GamesAP”,video-oyun və texnoji sərgilərdən kənarda qalan Azərbaycan gəncliyini bu sərgiləri ziyarət eməklə qiyabi də olsa tanış etdi. Oyun ve texnologiya dünyası ilə bağlı baş verən yeniliklərdən "GamesAP” heç bir zaman kənarda qalmamış, İgromir, LondonExpo kimi sərgilər dəfələrlə tərəfimizdən ziyarət edilərək izləyicilərə çatdırılmışdır. "GamesAP” idare heyətinin üzvləri yalnız ziyarət etməklə qalmamış, dünyanın qabaqcıl video-oyun şirkətlərinin nümayəndələrinə öz təklif və iradlarını bildirmişlər.


2014-cü il - Beşinci mərhələ - Rəsmi veb səhifəinin fəaliyyəti:
Hələ 2012-ci ildən təməli qoyulmuş www.gamesap.az dəfələrlə dəyişdirilmiş və yenilənmişdir. Nəhayət 2014-cü ildə edilən köklü dəyişikliklər nəticəsində veb səhifənin nüfuzu nəzərə çarpacaq dərəcədə artmışdır. Sayta "Blogjob” layihəsi əlavə olunduqdan sonra saytın ay ərzindəümumi baxış sayı göstəriciləri 50.000 üzərində idi. Fəaliyyət göstərdiyimiz dövr ərzində veb sayta xüsusi diqqət ayrılmış, baş verən yeniliklər mütəmadi olaraq gən ərzində saytda öz yerini almışdır.


2015-ci il -Altıncı mərhələ - İstəyimizə nail olduq:
"GamesAP Entertainment” Azərbaycan gəncliyinin bu sahədə görmək istədiyi üzüdür. Bu layihə qarşılaşdığımız çətinliklərə baxmayaraq uğurla tamamlanmışdır. Nəzərdə tutulan başlıca məqsədlər bir-bir həyata keçmiş, hər bir məqsədin həyata keçməsində əvəzsiz əmək sərf edilmişdir. "GamesAP Forum”, "GamesAP Bazar”, "MoviesAP”,www.gamesap.az, "blogjob”, "pirat məhsullara son” kimi layihələrdən əlavə neçə-neçə adımmlar uğurla nəticələnmişdir ki saytda ay ərzində ümumi baxış sayının 60.000-ə qədər artması bunun bariz nümunəsidir. Bizim gələcəkdə həyata keçirmək istədiyimiz "GamesAP official YouTube channel”,”GamesAP Development” və digər layihələrimiz təəssüflər olsun ki baş tutmayacaqdır. Çünki..


2016-cı il - Altıncı mərhələ - Doğum və son günümüz:

Bu gün "GamesAP-ın”4-cü yaş günü və sonuncu günüdür. Bizimlə keçirdiyiniz bu illər ərzində inkişafa doğru attığınız hər bir addıma görə hər birinizə təşəkkür edirik. Sizin hər biriniz GamesAP akademiyasının tələbələrisiniz. Biz məqsədlərimizə və istəklərimizə birgə nail olduq. Biz üzərimizə düşən öhdəliyi layiqincə yerinə yetirdik. Artıq sizinlə birgə olmayacağıq. Bunu sizinlə bölüşmək bizim üçün çətindir. Bu 4 il ərzində bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirik.
Bundan sonra yalnız "GamesAP forum” və "MoviesAP forum” sizlərin ixtiyarınızda olacaqdır.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×