Oyun sahəsinin videoları ilə internetdə ilk bölüşən məşhur GameTrailers portalı 13 illik fəaliyyətdən sonra bağlanır. Xəbəri ilk öncə saytın təmsilçiləri sosial şəbəkələrindəki səhifələrində paylaşdılar. daha sonra isə portalın rəsmi twitter səhifəsində bu xəbər təsdiqləndi. Portalın bu illər ərzində fəaliyyətdə olmuş komandası dəstəyə görə istifadəçilərə təşəkkürlərini bildirib. Portalın bağlanma səbəbi bilinməsə də artıq uzun müddət GameTrailers-in öz aktuallığını itirməsi söhbətləri gəzirdi. YouTube-un, videobloggerliyin, let\'s play kanallarının inkişaf etdiyi dövrdə GameTrailers kimi bir portalın öz aktuallığını saxlaması çətin oldu. Əvvəllər bir çox oyunçular eksklüziv anonsları, yeni gameplay videolarını izləmək üçün GameTrailers portalına daxil olurdular. Lakin sonradan bütün bunları digər portallarda o cümlədən YouTube-da izləməyə başladılar. Portala hələki daxil olmaq mümkündür. 13 il ərzində fəaliyyət göstərmiş komanda üzvlərinin bundan sonra harda çalışacaqları tam aydın deyil.
Şərh yoxdur