main-post-cover

    Gear 360 kameraları bütün istifadəçilər üçün nə zaman satışa çıxacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung şirkəti Galaxy Note 7 smartfonunun anonsu ilə yanaşı öz panoram video çəkiliş özəllikli Gear 360 kameralarının irimiqyaslı istehsalata keçdiyini qeyd edib.

    Sözügedən kamera hələ bu ilin fevral ayında Barselonada keçirilmiş MWC 2016 tədbirində təqdim olunmuşdur. Gear 360 artıq bir sıra regionlarda məhdud sayda satışa çıxmışdır. İndi isə şirkət onun istehsalını irimiqyaslı edərək Galaxy Note 7 ekosisteminin bir hissəsinə çevirəcək. Cihazın irimiqyaslı satışı Galaxy Note 7 ilə birlikdə 19 avqust tarixinə planlaşdırılıb. Gear 360 ABŞ-da $349.99 qiymətinə satılacaq. Qeyd edək ki, panoram (360 dərəcə) video çəkiliş üçün Gear 360 kamerası 2 ədəd 15 MP-lik Fisheye sensorları ilə təchiz olunub. Həmin sensorlar saniyədə 30 kadr göstərici ilə 3840x1920 piksel keyfiyyətli videolar və 30 MP keyfiyyətli fotolar çəkməyə qadirdir. İstifadəçi istədiyi vaxt bir kameradan istifadə edərək 180 dərəcəli videolar da çəkə bilər. Cihaz IP53 standartı üzrə nəmişlik və tozdan qorunma xüsusiyyətinə sahibdir. Bütün bunlardan əlavə olaraq Samsung Gear 360 Wi-Fi, Bluetooth 4.1, USB 2.0 girişi, akselerometr və hiroskopu özündə birləşdirir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər